Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:29

İran aerobus ala biləcəkmi – tezliklə bilinəcək


Arxiv fotosu
Arxiv fotosu

İran cümə günü bildirib ki, Airbus (AIR.PA) şirkəti Tehrana təyyarə satıb-satmamaq barədə qərarını bir neçə günə açıqlayacaq. Xəbəri “Reuters” agentliyi yayıb.

“İLKİN ÖDƏNİŞ OLUNMAYIB”

Birləşmiş Ştatlar mayın 8-də İranla nüvə sazişindən çıxdığını, İslam Respublikasına sanksiyaları bərpa edəcəyini açıqlayıb. ABŞ administrasiyası İrana kommersiya təyyarəsi satmaq istəyən şirkətlərin ixrac lisenziyasını ləğv edəcəyini bildirib. Airbus Avropa şirkəti olsa da, təyyarələrində ABŞ komponentləri və texnologiyası işlədilir.

***Buna da bax: İranda ilk təyyarə təmtəraqla qarşılandı

İran sanksiyalar qaldırılandan sonra azı 11 təyyarə idxal edib, onlardan üçü Airbus, səkkizi Fransa-İtaliya istehsalı olan ATR təyyarəsidir.

Airbus qərarını bir neçə günə açıqlayacaq”, – İranın Yollar və Urban İnkişaf nazirinin baş məsləhətçisi Asghar Fakhrieh-Kashan yarırəsmi Fars xəbər agentliyinə deyib.

İran təyyarə şirkətlərinə gələcək alışlar üçün ilkin ödəniş etməyib”, – o deyib.

ABŞ prezidenti Donald Trump 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxdığını elan edincə Yaxın Şərqdə münaqişə riski sarıdan əndişələr artıb. Birləşmiş Ştatların avropalı müttəfiqləri bu addımdan məyus olub, eləcə də qlobal neft təchizatıyla bağlı qeyri-müəyyənlik yaranıb.

38 MİLYARD DOLLARLIQ RİSK

Tehran Qərb şirkətlərindən təyyarə almaqdan ötrü 38 milyard dollarlıq kontrakt imzalamışdı. Mənbələr Airbus-un amerikan rəqibi Boeing-dən daha böyük risklə üz-üzə qaldığını bildirir.

“Airbus və Boeing-lə danışıqlarda razılaşmadan çıxmağın mümkünlüyü nəzərə alınmayıb və bu, kontraktlarda nəzərdə tutulmayıb”, – müqavilələr üzrə danışıqlarda iştirak etmiş, keçmiş nazir müavini Fakhriyeh-Kashan deyib.

IranAir 200 sərnişin təyyarəsi sifariş etmişdi, 100-ü Airbus, 80-ni Boeing, 20-si ATR-dən alınacaqdı.

Kontraktların hamısının taleyi ABŞ-ın lisenziyasından asılıdır, çünki təyyarələrdə Amerika istehsalı olan hissələrdən istifadə olunur.

***Buna da bax: Rohani Fransayla ticarəti canlandırır

İranın digər hava yolları şirkətləri də təyyarə sifariş ediblər.

Nüvə sazişi Tehranın nüvə proqramını məhdudlaşdırması əvəzində beynəlxalq sanksiyaların qaldırılmasını nəzərdə tuturdu. Ölkə iqtisadiyyatına illərlə ziyan vurmuş sanksiyaların çoxu 2016-cı ildə qaldırıldı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG