Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 03:33

Ukraynada televiziya sahibinin evinə basqın ediblər


Serhiy Lyovochkin-in evi yaxınlığında etiraz aksiyası

Ukraynada millətçilər polis kordonunu yararaq müxalifətdən olan deputat, Inter TV-nin sahiblərindən biri Serhiy Lyovochkin-nin evinə giriblər.

Radikal fəalları qəzəbləndirən 2-ci dünya müharibəsi dövründəki ukraynalı millətçilərin adının küçələrə verilməsinə qarşı televiziyada yayımlanan bəyanat olub.

Ukrayna polisi mayın 10-da baş vermiş toqquşmalar zamanı bir polis əməkdaşının və insidenti işıqlandıran bir jurnalistin xəsarət aldığını bildirir.

Inter TV həmişə separatçılara rəğbətdə və rusiyapərəst yanaşmada suçlanıb.

Mayın 9-da millətçilər Inter TV-nin Kiyevdəki ofisi qarşısında da etiraza yığışıblar.

2016-cı ildə televiziyanın Kiyev ofisində zorakı etirazlar olmuşdu, ofisi yandırmışdılar.

Günün bütün mövzuları

XS
SM
MD
LG