Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 09:13

104 yaşlı avstraliyalı İsveçrədə həyatına son qoyur


David Goodall

104 yaşlı avstraliyalı bioloq İsveçrədə həyatına son qoyub. Ölüm hüququnun tanınması üzrə ixtisaslaşmış “Exit International” təşkilatının direktoru Philipp NItschke deyib ki, David Goodall mayın 10-da, günorta 1-in yarısında ölüb.

Goodall həyatını bitirməkdən ötrü İsveçrəyə getmişdi. Avstraliya qanunları buna imkan vermir.

Britaniyada anadan olmuş alim bu həftə bildirib ki, 20 ilə yaxındır intihar ideyasını götür-qoy edib, ancaq son bir ildə yaşam keyfiyyəti pisləşəndən sonra bu barədə düşünməyə başlayıb.

O, hərəkətinə yaranan əngəllərdən, həkimlərin qoyduğu məhdudiyyətlərdən, Avstraliya qanunvericiliyinin ona öz həyatına son qoymasına imkan verməməsindən gileylənirdi, ancaq xəstə deyildi.

Günün bütün mövzuları

XS
SM
MD
LG