Keçid linkləri

Təcili xəbərlər
2018, 25 İyun, Bazar ertəsi, Bakı vaxtı 21:15

Palata pensiyaların 'çox' ödəndiyini deyir


Maaş və pensiyalar nə qədər artsın?
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

Maaş və pensiyalar nə qədər artsın?

2017-ci ilin əvvəlindən iyulun 1-nə kimi əlilliyə görə pensiyaçıların işləyib-işləməməsinin nəzarətdə saxlanmadığı, nəticədə ümumilikdə 203 min 134.5 manat məbləğində artıq pensiya ödənildiyi bildirilir.

«Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında» hesabatda belə izah edilir.

APA-nın məlumatına görə, ötən il əmək pensiyalarının təyin edilməsində də nöqsanlar aşkar edilib. Sənədlərin qəbulu, baxılması və pensiya məbləğinin hesablanılması prosesində qanunvericiliyin tələblərinə tam əməl olunmadığı vurğulanır. Nəticədə şöbələr üzrə ümumilikdə 77 min 387 manat məbləğində artıq, 1 min 122.4 manat məbləğində əskik ödənişlərin həyata keçirildiyi bildirilir.

Hesabatda sağlamlıq imkanları məhdud olan uşaqlara görə pensiyaların ödənilməsində də nöqsanların olduğu vurğulanır. Sənədə görə, belə əsaslarla ümumilikdə 22.9 min manat məbləğində artıq pensiya ödənişi həyata keçirilib.

«Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında» hesabatında həmçinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun bəzi şöbələrində nöqsanların aşkar edilməsindən bəhs olunur. Sənədə görə, Quba, Salyan, Mingəçevir kimi şöbələrdə məcburi dövlət sosial sığorta haqları üzrə proqnozların tam icra edilmədiyi, sahibkarlıqla məşğul olan hüquqi və fiziki şəxslər üzrə məcburi dövlət sosial sığorta haqlarının, maliyyə sanksiyalarının hesablanmasının düzgün həyata keçirilmədiyi müəyyən edilib. Həmin nəzarət tədbirləri nəticəsində 251.5 min manat məbləğində əlavə vəsaitin hesablandığı bildirilir.

Hesabata Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və başqa cavabdeh qurumların münasibətini almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG