Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:42

'Korrupsiya ilə mübarizədə 'qapalı zona' olmamalıdır'-Media icmalı


Bank borcları üçün hökumət nə edə bilər?
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

Bank borcları üçün hökumət nə edə bilər?

Keçmiş prezident Heydər Əliyevin 95 illik yubileyi ilə bağlı onun fəaliyyətinin dəyərləndirilməsi, bank sektorunun inkişafına mane olan amillər, korrupsiyaya ilə mübarizədə vacib olan şərtlər və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Azərbaycan banklarının inkişafına mane olan amillər

«Exo» qəzetində «Azərbaycanda iqtisadi ssenari necə istəsən inkişaf edə bilər» sərlövhəli yazı oxumaq olar.

Müəllif ölkədə bank sektorunun vəziyyətini iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

N.Cəfərli deyib ki, ölkənin bank sektorunun dərin böhran içində olması sirr deyil: «Bank sektorunun bərpası prosesi davamlıdır. Bu sektorun bərpası və «təmizlənməsi» prosesi gələn il də davam edəcək. Yerli bankların likvidlik göstəricilərini daha da yaxşılaşdırması arzu olaraq qalır».

Ekspert deyib ki, beynəlxalq reytinq agentlikləri də bank aktivlərinin keyfiyyəti ilə bağlı Azərbaycanın bank sektorunun vəziyyətini mənfi dəyərləndirib.

İqtisadçı vurğulayıb ki, Azərbaycanda bir sıra bankların bağlanmasına baxmayaraq, bu sektorda vəziyyət daha da pisləşir.

N.Cəfərliyə görə, bankların vəziyyətini pisləşdirən iki mühüm amil var: «Birincisi, rəsmi məlumatlara görə, bankların və bank olmayan kredit təşkilatlarının kredit portfelində vaxtı keçmiş kreditlərin payı 15 faiz təşkil edir. Amma nüfuzlu beynəlxalq qurumlar bildirir ki, bu göstərici artıq 30 faiz həddini keçib. Bankların problemləri ağırlaşır, amma hökumət və tənzimləyici tərəfindən hər hansı kömək göstərilmir və burada Azərbaycan Beynəlxalq Bankı istisna təşkil edir».

Ekspertə görə, bankların ikinci problemi kreditləşmədir: «Kreditləşdirmə həcmi sürətlə azalır. Bu il aprelin 1-nə Azərbaycan banklarının xalis kredit portfeli 9 milyard 595.5 milyon manat olub. Bu da il ərzində 28 faiz azalma deməkdir...».

Korrupsiya pulları deyincə hansı pullar nəzərdə tutulur?
Gözlə

No media source currently available

0:00 0:00:55 0:00

«Müstəqil məhkəmə olmasa...»

«Novoye Vremya» qəzetində «Memorandumlar kömək edə biləcəkmi?» sualı gündəmə daşınır.

Yazıda Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ilə bəzi qurumlar arasında bu günlərdə memorandumlar imzalanması və bunla bağlı gözləntilər dəyərləndirilir.

Müəllif xatırladıb ki, bu günlər belə memorandumlar Dövlət Gömrük Komitəsi və Qida Təhlükəsizliyi Agentliyi ilə imzalanıb.

Yazıda vurğulanır ki, şəffaflıq təkcə bir neçə quruma yox, bütünlükdə bütün dövlət orqanlarına lazımdır: «Bu halda korrupsiyanın indiki səviyyəsini azaltmaq olar. Amma bu memorandumlar «quş qoymaq» xətrinə olmamalıdır. Bu sahədə aparılan mübarizədə yalnız rüşvətxorluqla, məişət korrupsiyası ilə kifayətlənmək olmaz».

Müəllif hesab edir ki, «ASAN-xidmət»in fəaliyyəti nəticəsində rüşvətxorluğun səviyyəsi azalıb. Amma korrupsiyaya ilə mübarizədə dövlət vəsaitlərinin talan edilməsinə xüsusi diqqət yetirilməlidir: «Korrupsiyaya ilə mübarizədə «qapalı zona» ola bilməz. Korrupsiya təhsil və ya səhiyyə müəssisələrində yox, daha yüksək instansiyalarda yaranır. Bu instansiyalarda korrupsiyaya zərbə endirilməsə, rüşvət də, korrupsiya da hələ çox meydan sulayacaq».

Yazıda vurğulanır ki, şəffaflığın olmaması korrupsionerlərə dövlət büdcəsindən milyonlar oğurlamağa imkan yaradır. Odur ki, tenderlər şəffaf keçirilməlidir.

Müəllifə görə, məmurların gəlir bəyannaməsi məsələsi mütləq öz həllini tapmalıdır: «Amma real siyasi, iqtisadi və məhkəmə islahatları başa çatdırılması, imzalanan memorandumların faydası cüzi olacaq».

Sizcə, Heydər Əliyevlə İlham Əliyev hakimiyyəti arasında fərq nədir?
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

Heydər Əliyevin 95 illiyi

«Azərbaycan» qəzetində dərc edilən «Əbədiyaşarlıq rəmzi» sərlövhəli yazıda keçmiş prezident Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə bağlı fəaliyyəti dəyərləndirilir.

Yazıda Milli Elmlər Akademiyasının prezidenti, akademik, Yeni Azərbaycan Partiyasının sədrinin müavini Akif Əlizadənin düşüncələri əks olunub.

Müəllif yazıb ki, hər bir xalqın mənəvi-intellektual potensialı, qüdrəti onun yetişdirdiyi tarixi şəxsiyyətin fərdi keyfiyyətlərində təzahür edir və Azərbaycan xalqının XX əsrdə meydana çıxardığı belə görkəmli şəxsiyyətlərdən biri Heydər Əliyevdir:

«Müasir Azərbaycanın ictimai-mədəni həyatının elə sahəsi yoxdur ki, orada Heydər Əliyevin quruculuq fəaliyyətinin fundamental nəticələri aydın şəkildə görünməsin. Bu sahələr içərisində elmin və təhsilin xüsusi yeri var. İstər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Heydər Əliyevin elm və təhsil siyasəti milli quruculuq siyasətinin əsas istiqamətlərindən birini təşkil edib. Nəticə etibarilə bu siyasət Azərbaycan cəmiyyətində milli ziyalılığın qızıl fondunun yaradılması ilə nəticələnib».

Keçmiş prezidentin Azərbaycan elminə töhfələrindən bəhs edən akademik sonda da yazıb:

«Ümumiyyətlə, Heydər Əliyevin yolu - Azərbaycan dövlətinin, xalqımızın və elmimizin daha böyük gələcəyinin magistral istiqamətidir. Cəmiyyətimizin digər sahələri kimi, elmi fəaliyyət sahəsində də prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha böyük hədəflərə doğru iri addımlarla irəliləməkdə davam edir».

XS
SM
MD
LG