Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:37

Pashinian Dağlıq Qarabağa gəlib


Nikol Pashinian və Bako Sahakian Xankəndində
Nikol Pashinian və Bako Sahakian Xankəndində

Mayın 8-də Ermənistanın baş naziri seçilmiş Nikol Pashinian bu gün Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionuna gəlib.

Ermənistan liderləri adətən, mayın 9-da keçmiş Sovet İttifaqının nasist Almaniyası üzərində qələbəsi günü Dağlıq Qarabağa səfər edirlər.

Pashinian və Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Sahakian Dağlıq Qarabağ münaqişəsində və 2-ci dünya müharibəsində həlak olmuş əsgərlərin Xankəndindəki xatirə abidəsinə əklil qoyublar.

Daha sonra onlar 1992-ci il mayın 8-də işğal olunmuş Şuşa şəhərinə gediblər. Şuşanın işğalı ilə Ermənistan silahlı birlikləri Dağlıq Qarabağa nəzarəti tam ələ keçiriblər.

Şuşa
Şuşa

İşğal zamanı Şuşa şəhəri və rayonun 30 kəndinin dağıdıldığı bildirilir. Verilən məlumata görə, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb. 24 mindən çox əhalinin etnik təmizləməyə məruz qaldığı açıqlanıb.

“DANILMAZ SÜBUT”

Pashinian mayın 9-da Qələbə və Sülh günü münasibətilə xalqa müraciətində deyib ki, “Ermənistanda baş vermiş qeyri-zorakı məxməri inqilab və xalqın möhkəmlənməsi bizim azadlıq, demokratiya və sülhün nə olmasına dair aydın baxışımızın mövcudluğuna danılmaz sübutdur”.

Ermənistanda bir neçə həftəlik küçə etirazlarından sonra keçmiş prezident Serzh Sarkisian baş nazir postundan istefa verib, Pashinian baş nazir seçilib.

Pashinian mayın 8-də parlamentdəki çıxışında deyib ki, onun inqilabı “Qarabağın öz müqəddəratını təyinetmə hüququnun tanınmasına” aparacaq.

Hikmət Hacıyev
Hikmət Hacıyev

O, danışıqlara hazır olduğunu bildirib, ancaq separatçıların iştirakıyla.

Rəsmi Bakı Pashinian-ın Dağlıq Qarabağa səfər planına qəzəbli reaksiya verib.

Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev mayın 8-də deyib ki, “hazırda işğal altında olan Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG