Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:14

Rayonlarda yağış gözlənir


Yağış

Mayın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı bildirilir. Gündüz yarımadanın bəzi yerlərində qısamüddətli çiskinli yağış yağacağı vurğulanır. Şimal-qərb küləyinin əsəcəyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə 15-18, gündüz 22-27 dərəcə isti olacaq.

Mayın 10-da Azərbaycanın əksər rayonlarında isə şimşək çaxacağı, arabir yağış yağacağı bildirilir. Yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə 5-12, gündüz 21-29, dağlarda gecə 5-14, gündüz 11-20 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG