Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 00:08

Farhadi-nin filmi Kann festivalında göstərilib


Penelope Cruz (solda) və Javier Bardem "Hamı bilir" filmində

Oscar mükafatı almış iranlı rejissor Asghar Farhadi-nin psixoloji trilleri mayın 8-də Kann Fil Festivalının açılışında göstərilib. Festivalda İran, Rusiya və Qazaxıstanda da filmlər sərgilənəcək.

“Hamı bilir” (Todos Lo Saben) adlı filmdə Javier Bardem və Penelope Cruz əsas rolları ifa edirlər. Bu, Farhadi-nin ispanca ilk filmidir. Elə festival da 2004-cü ildən bəri ilk dəfədir ispanca filmlə açılır.

Festivalda Qızıl Palma mükafatı uğrunda 21 film yarışacaq. İranlı rejissor Jafar Panahi-nin “Üç Sifət” filmi də onların sırasındadır. Tehran Panahi-nin festivala getməsinə icazə verməyib.

Eləcə də Moskvada ev dustağı olan Kirill Serebrennikov festivala qatıla bilməyib. Burada onun “Leto” (Yay) filmi göstəriləcək. Film sovetin rok əfsanəsi Viktor Tsoi-nun həyatından söz açır.

Serebrennikov mənimsəmədə suçlanır, özü ittihamları “absurd” adlandırıb.

Daha bir rusiyalı kinorejissor Andrei Zvyagintsev isə festivalın jürisində yer alıb.

XS
SM
MD
LG