Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 08:12

Rusiya futbol federasiyası cərimələnib


Polis də dünya kubokuna hazırlaşır

Rusiya futbol federasiyasına 25 min avro cərimə kəsilib. Bu haqda FIFA mayın 8-də qərar çıxarıb. Səbəb martda Fransayla oyunda rusiyalı azarkeşlərin irqçi şüarlar səsləndirməsidir.

Sankt Peterburqda keçirilmiş oyun 3-1 Fransanın qələbəsiylə bitmişdi. Oyun zamanı futbolçular Paul Pogba və Ousmane Dembele-yə qarşı şüarlar eşidilmişdi.

FIFA-nın intizam komitəsi bildirib ki, Rusiya federasiyası “video dəlilin nəzərdən keçirilməsi daxil olmaqla, hərtərəfli təhqiqat sonucunda” cəzalandırılıb.

Rusiya gələn ay futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək.

Rusiya futbol federasiyasının rəhbəri vəzifəsini icra edən Aleksandr Alayev deyib ki, qurum cəriməni ödəyəcək, ancaq “bu pul insidentdə günahı olanlardan yığılacaq. Oyunda iştirak edənlər şəxsi məsuliyyəti dərk etməlidirlər”.

Avropada İrqçiliyə qarşı Futbol təşkilatı 2016-2017 mövsümündə Rusiyada oyunlarda 89 irqçi insidentin qeydə alındığını bildirir.

XS
SM
MD
LG