Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 20:11

Faşizm üzərində qələbədən 73 il keçir


Sovet hərbçiləri Reyxstaq üzərində sovet bayrağını qaldırırlar - 30 aprel 1945

Mayın 9-u Sovet ordusu və müttəfiq dövlətlərin faşist Almaniyası üzərində qələbəsindən 73 il keçir.

Hitler Almaniyasının hərbi rəhbərliyi 1945-ci il mayın 8-də təslim olmaq haqqında saziş imzalayıb.

1939-cu ildə faşist Almaniyasının Polşanı işğal etməsi ilə İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu Sovet Sosialist Respublikalar İttifaqına (SSRİ) hücum edib. Bu müharibə 1945-ci il mayın 8-də başa çatıb. İkinci Dünya müharibəsi isə tam olaraq həmin ilin sentyabrında yekunlaşıb.

1941-1945-ci illərdə Azərbaycanın 3 milyon yarım əhalisindən 600 mindən çoxu cəbhəyə gedib, onlardan təqribən yarısı döyüşlərdə həlak olub.

Onlardan 130-a yaxın şəxs isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Həmin illərdə Bakı cəbhəyə 75 milyon ton neft göndərib, benzin və sürtgü yağlarına olan tələbatın 75-90 faizini ödəyib.

May 9-u Azərbaycanda da Qələbə günü kimi qeyd olunur və rəsmi iş günü deyil.

Multimedia

XS
SM
MD
LG