Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 03:05

Çin prezidenti Şimali Koreya lideri ilə görüşüb


Xi Jinping (solda) və Kim Jong Un, arxiv fotosu

Çin prezidenti Xi Jinping və Şimali Koreya lideri Kim Jong Un Çində görüşüblər. Bu danışıqlar Kim-in ABŞ prezidenti Donald Trump ilə gözlənən sammiti öncəsi baş tutub.

Mayın 8-də görüş haqda açıqlama yayılandan az sonra Trump Twitter-də yazıb ki, “dostu” Xi ilə Şimali Koreya barədə danışacaq.

Çinin CCTV televiziyası Xi və Kim-in Çinin şimal-şərqindəki Dalian şəhərində dəniz sahilində gəzintisini yayımlayıblar.

Rəsmi Xinhua agentliyi iki liderin mayın 7-8-də görüşdüklərini yazıb.

Şimali Koreyanın dövlət mediasının mayın 8-də yazdığına görə, Kim Çin prezidenti ilə Koreya yarımadasındakı siyasi durumla bağlı fikirlərini paylaşıb.

Məlumata görə, Kim Xi-yə deyib ki, onların ölkələri “sıx münasibətlər” saxlamalıdırlar.

Kim martda da Çində olmuşdu, bu, artıq ikinci səfəridir. Pekin Şimali Koreyanın nüvə sınaqlarına görə BMT-nin Pxenyana sanksiyalarını dəstəkləyincə münasibətlər gərginləşmişdi, indi görünür, iki ölkə onları bərpa etməyə çalışır.

Trump və Kim-in iyunda Koreya yarımadasının nüvəsizləşdirilməsini müzakirə edəcəyi gözlənir.

Trump sammitin yerini və tarixini tezliklə açıqlayacağını deyib.

XS
SM
MD
LG