Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:11

Livan seçkisində Hizballah üstünlük qazanıb


Hassan Nasrallah çıxış edir, arxiv fotosu
Hassan Nasrallah çıxış edir, arxiv fotosu

Rəsmi nəticələrə görə, Livanda parlament seçkilərində Hizballah və siyasi müttəfiqləri ciddi qələbə qazanıb. Bu, İranın dəstəklədiyi hərəkatın güclənməsi, eləcə də Tehranın regiondakı çəkisinin artması deməkdir.

Şiə Hizballah qruplaşmasının lideri Hassan Nasrallah mayın 7-də axşam seçkinin nəticəsini “müqavimət seçimi üçün çox böyük siyasi, parlamentar və mənəvi qələbə” adlandırıb.

Seçkinin nəticəsinə görə, parlamentdə təmsil olunan Hizballaj üzvlərinin sayında ciddi dəyişiklik baş verməyib. Ancaq qrupun dəstəklədiyi namizədlər böyük şəhərlərdə üstünlük qazanıblar.

BAŞ NAZİRİN PARLAMENTDƏKİ MÖVQEYİ ZƏİFLƏYİB

Hizballah və siyasi müttəfiqləri parlamentdəki 128 yerin yarıdan çoxunu, azı 65-ni əldə edib. Livanın 15 seçki dairəsinin demək olar hamısının yekun nəticələri bəllidir. Hizballah-ın mətbuat xidməti cəmi 71 mandat qazanıldığını bildirib.

Saad al-Hariri
Saad al-Hariri

Qərbin dəstəklədiyi baş nazir Saad al-Hariri isə, əksinə, parlamentdəki mandatların 30 faizindən çoxunu itirib. O, itkiyə görə yeni səsvermə qanununu suçlayıb.

Əvvəl 33 mandata sahib Hariri-nin indi parlamentdə cəmi 21 tərəfdarı olacaq. Ancaq o, yenə də qurumda ən böyük bloka sahib sünni müsəlman liderdir.

Ölkənin hakimiyyət bölgüsü sisteminə görə, baş nazir sünni olmalıdır. Yeni hökumətdə bütün əsas partiyaların təmsil olunacağı gözlənir. Kabinetdəki vəzifələrlə bağlı danışıqlar da müəyyən zaman alacaq.

Di gəl, Hizballah-a qarşı mövqeyilə tanınan Livan Qüvvələri xristian partiyası da parlamentdəki mandat sayını 15-ə çatdıra bilib.

Birləşmiş Ştatların terrorçu qrup saydığı Hizballah Suriyada vətəndaş müharibəsinə qoşulanı daha da güclənib. Bəzi dəyərləndirmələrə görə, bu qruplaşmanın Livan ordusundan daha çox silahı var. Qruplaşma və İran Suriya prezidenti Bashar al-Assad-ı dəstəkləyir.

XS
SM
MD
LG