Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 12:34

Rauf Talışinski vəfat edib


Rauf Talışinski

«Exo» qəzetinin baş redaktoru Rauf Talışinski vəfat edib.

Bu barədə «Exo» qəzetindən bildiriblər.

R.Talışinskinin ölüm səbəbi hələlik açıqlanmayıb:

«Biz bilən hər hansı xəstəliyi yox idi. Mayın 7-də işdə olub, görüşmüşük, söhbətlərimiz olub. Sadəcə, yatıb durmayıb», - redaksiyadan bildiriblər.

T.Talışinski 1956-cı ildə anadan olub. 1978-ci ildə Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.

R.Talışinski kim idi

«Rauf Talışinski Azərbaycan mətbuatında çox az sayda olan peşəkar jurnalistlərdən biri idi».

Bunu AzadlıqRadiosuna Azərbaycan Jurnalistlər Birliyinin sədri, çapı dayanan «Ayna»/«Zerkalo» qəzetlərinin baş redaktoru Elçin Şıxlı deyib.

E.Şıxlı xatırladıb ki, R.Talışinski 1978-ci ildə Moskva Dövlət Universitetini bitirdikdən sonra «İzvestiya» qəzetində çalışıb. Onun deməsinə görə, qəzetdə xüsusi müxbir kimi fəaliyyət göstərən R.Talışinski Qarabağ münaqişəsi başladıqda bu hadisələrlə bağlı materiallar hazırlayıb.

«Amma materiallar qəzetdə təhrif olunmuş şəkildə dərc edildiyinə görə qəzet rəhbərliyi ilə münaqişələri yarandı. Buna görə «İzvestiya» qəzeti ilə əməkdaşlıqdan imtina etdi», - E.Şıxlı vurğulayıb.

Daha sonra R.Talışinski bir müddət «Azərbaycan kommunisti» jurnalı ilə əməkdaşlıq edib. Bu jurnalla da əməkdaşlığa son verən R.Talışinski E.Şıxlı ilə birgə 1989-cu ildə «Kommerçeski Vestnik» (Kommersiya xəbərləri) qəzetini nəşr etməyə başlayıb. 1990-ci ildə isə onlar «Ayna»/«Zerkalo» qəzetlərini təsis ediblər. Burada fəaliyyət təkcə bir qəzet nəşri ilə başa çatmayıb. «Ayna/Zerkalo» mətbu evini, habelə «Çapar yayım» şirkətini qurublar.

R.Talışinski 2001-ci ilə kimi «Ayna»/«Zerkalo» qəzetində fəaliyyət göstərib.

2001-ci ildən vəfat etdiyi günə kimi isə «Exo» qəzetinin baş redaktoru olub.

Multimedia

XS
SM
MD
LG