Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Dekabr, şənbə, Bakı vaxtı 01:40

Nyu Yorkun baş prokuroru istefaya gedib


Eric T. Schneiderman (ortada)

Nyu Yorkun baş prokuroru Eric T. Schneiderman dünən – mayın 7-də qəfil istefa verib. Bundan az öncə “New Yorker” jurnalında çıxan məqalədə bir neçə qadın onu fiziki zorakılıqda suçlamışdı.

Dörd qadın dərgiyə müsahibəsində deyib ki, Schneiderman onlarla intim yaxınlıq zamanı aşırı aqressiv davranıb, həkim müdaxiləsi tələb edən qadınları döyüb. Həmin məqalədən dərhal sonra ştatın qubernatoru Andrew M. Cuomo onu istefaya çağırıb.

Schneiderman bəyanatında bu deyilənləri “сiddi ittihamlar” adlandırıb, onları rədd etdiyini bildirib. Ancaq onu da deyib ki, söylənənlər onun işinə əngəl törədir.

Demokratlar partiyasının üzvü olan Schneiderman MeToo kampaniyasının fəallarından idi. Bu kampaniyanı seksual zorakılığa məruz qaldıqlarını iddia edən qadınlar aparırdı. Son illər Schneiderman məişət zorakılığına qarşı mübarizə aparırdı.

XS
SM
MD
LG