Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 15:12

Şuşanın işğalından 26 il ötür


Bu gün, mayın 8-i Şuşa şəhərinin işğalından 26 il ötür.

Şuşa şəhərinin işğalı ilə Ermənistan silahlı birlikləri Dağlıq Qarabağa nəzarəti tam ələ keçiriblər.

İşğal zamanı Şuşa şəhəri və rayonun 30 kəndinin dağıdıldığı bildirilir. Verilən məlumata görə, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb. 24 mindən çox əhalinin etnik təmizləməyə məruz qaldığı açıqlanıb.

Azərbaycanın rəsmi orqanları həmçinin bildirib ki, Şuşa rayonunun 25 məktəbi, 31 kitabxanası, 20 səhiyyə müəssisəsi, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı talan edilib, yandırılıb. Bura habelə, 2 sanatoriya, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası və Uşaq Sağlamlıq Məktəbi daxildir.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Multimedia

XS
SM
MD
LG