Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Noyabr, Cümə, Bakı vaxtı 09:44

Suriyanın şərqində iki rusiyalı pilot həlak olub


Ka-52

Mayın 7-də Suriyanın şərqində Rusiyanın hərbi vertolyotu qəzaya uğrayıb, iki pilot həlak olub. Məlumatı Rusiyanın xəbər agentlikləri Müdafiə Nazirliyinə istinadla yayıb.

Nazirlik Ka-52 vertolyotunun rutin uçuş zamanı qəza etdiyini, pilotların cəsədinin axtarış zamanı tapıldığını bildirir. Qurum qəzaya texniki nasazlığın səbəb ola biləcəyini deyir.

Bu ay Suriyada rusiyalı pilotların həlak olduğu artıq ikinci qəza baş verir. Mayın 3-də Su-30SM təyyarəsi havaya qalxandan az sonra partlamışdı, iki pilot həlak olmuşdu.

Nazirlik həmin qəzaya quşlarla toqquşmanın səbəb ola biləcəyini bildirmişdi.

Bu arada NATO-nun şərqi Avropadakı komandiri, ABŞ-ın donanma admiralı James Foggo “Associated Press” agentliyinə deyib ki, Aralıq regionun şərqində “xeyli basırıq” yaranıb, çünki Rusiya Suriyadakı hərbi rolu hesabına bütün regionda da iştirakını gücləndirir.

XS
SM
MD
LG