Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 07:14

Mirziyoev təhlükəsizlik xidmətinin rəhbərini işdən çıxarıb


Gurbanguly Berdymukhammedov (solda) və Shavkat Mirziyoev, 24 aprel, 2018-ci il

Özbəkistan prezidenti Shavkat Mirziyoev şəxsi təhlükəsizlik xidmətinin rəhbəri Abdurahim Mominov-u işdən çıxarıb, Daşkənd yol polisinin rəhbəri Barat Mamenov isə həbs olunub. Məlumatı AzadlıqRadiosu-na təhlükəsizlik xidmətinin anonimlik şərtilə danışan iki əməkdaşı verib.

Onların deməsinə görə, Mirziyoev aprelin 23-də Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov-la birlikdə Daşkənddə gəzərkən polis maşınının sirena verərək onların yaxınlığından keçməsinə qəzəblənib.

Mənbələr bildirir ki, Mominov Fövqəladə Hallar Nazirliyində yeni vəzifəyə keçirilib, Mamenov isə beş gün həbsdə saxlanıb. Mamenov-un aprelin 28-də buraxıldığı, aprelin 30-da yenidən saxlandığı, otağından “əlləri qandallı aparıldığı” bildirilir.

Bu məlumatı rəsmi təsdiqlətmək mümkün olmayıb.

Mirziyoev 13 il baş nazir kimi çalışıb. Prezident Islam Karimov vəfat edəndən sonra bu posta seçilib.

XS
SM
MD
LG