Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Aprel, bazar, Bakı vaxtı 18:21

Elmar Məmmədyarov sərhəddəki qanlı toqquşmadan narahatdır


Elmar Məmmədyarov

“İsrail-Fələstin sərhədində baş verən qanlı qarşıdurmalar bizim dərin narahatlığımıza səbəb olur. Biz, İslam Əməkdaşlıq Təşkilatı, bu qarşıdurmaları dayandırmaq üçün mümkün qədər səy göstərməliyik”.

Xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri şurasının 45-ci sessiyasındakı çıxışında belə deyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, həmin sessiya bu gün, mayın 5-də Banqladeşin paytaxtı Dəkkə şəhərində başlayıb. "Davamlı Sülh, Həmrəylik və İnkişaf üçün İslam dəyərləri" mövzusuna həsr olunan sessiya 2 gün davam edəcək.

E.Məmmədyarov çıxışında Dağlıq Qarabağ münaqişəsinə (Azərbaycanla Ermənistan arasında-R) də toxunub. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin- Dağlıq Qarabağ və yeddi ətraf rayonun işğal olunduğunu deyən nazir İƏT üzvlərini Ermənistanla münasibətlərə yenidən baxmağa səsləyib.

Bu münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəs müqaviləsi imzalanıb.

Xatırlatma

İsrail-Fələstin problemi isə 1948-ci ildən başlamaqla müasir dünyanın ən «uzunömürlü» münaqişələrindən biri sayılır. Bu münaqişə bir neçə dönəmlərdə müharibə ilə müşahidə edilib. Qüds şəhərinə hər iki tərəf iddia edir. Hazırda şəhər İsrailin nəzarətindədir.

İslam Konfransı Təşkilatı 1969-cu ildə Mərakeşdə yaradılıb. 2011-ci il Astana sammitində bu qurum İslam Əməkdaşlıq Təşkilatı adlandırılıb.

Azərbaycan 1992-ci ildən bu qurumun üzvüdür. Hazırda İƏT sıralarında 60-a yaxın ölkəni birləşdirir.

XS
SM
MD
LG