Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 06:24

Mərkəzi Bankın ehtiyatları azalıb


Mərkəzi Bank

Bu ilin aprel ayında Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarında azalma olub.

Bu haqda AMB-nin yeni açıqlanmış statistik bilgilərində bildirilir.

Həmin bilgilərə görə, mayın 1-də AMB-nin valyuta ehtiyatları 5 mlrd. 465.8 mln. dollar olub. Bu göstərici aprelin 1-i ilə müqayisədə 42 milyon dollar azdır. Aprelin 1-də AMB-nin valyuta ehtiyatlarının həcmi 5 mlrd. 508 mln. dollar olmuşdu.

İlin əvvəli ilə müqayisədə valyuta ehtiyatlarında 131 mln. dollar artım var.

AMB-nin valyuta ehtiyatlarında 2016-cı ilin dekabrından artım müşahidə olunurdu. Həmin vaxtdan bəri ilk dəfədir ki, azalma qeydə alınıb. Son iki ildə valyuta hərraclarına Neft Fondunun vəsaitləri çıxarılır.

Pul bazası

Azərbaycanda pul bazası da azalıb.

AMB-nin bilgilərinə görə, mayın 1-də Azərbaycanda pul bazasının məbləği 8 mlrd. 413 mln. manat olub. Aprelin 1-də bu göstərici 9 mlrd. 471 mln. manata bərabər olmuşdu.

1 ayda pul bazasındakı azalma 1 milyard manatdan çox olub.

Pul bazası ilin əvvəli ilə müqayisədə də azalıb. 4 ay ərzində müşahidə olunan azalma 130 milyon manatdan çox olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə pul bazasında 785 milyon manatlıq artım var.

Multimedia

XS
SM
MD
LG