Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Dekabr, şənbə, Bakı vaxtı 00:58

Sosial evləri almaq istəyən vətəndaşlar necə aldanıb


İndi maaşınızla neçə ilə ev ala bilərsiz?
Gözlə

No media source currently available

0:00 0:00:56 0:00

İndi maaşınızla neçə ilə ev ala bilərsiz?

Bakıda tikilən sosial evlərdən almaq istəyən və bundan ötrü müəyyən qədər pul da ödəyən bir xeyli adam var ki, son nəticədə nə ev ala bilib, nə də verdiyi pul geri qayıdıb. İndi onların işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

Sosial evlərin satışı adıyla adamları aldatmaqda suçlanaraq məhkəmə qarşısına dörd nəfər çıxarılıb – Eldar Salayev, Məhəmməd Qafarov, Leyla İsmayılova Ülviyyə Abdalova.

Keçmiş polis polkovniki olan E.Salayev «579 SSA» MMC-nin təsisçisi, M.Qafarov isə şirkətin direktoru olub.

Onlar Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin adından istifadə edib adamları aldatmaqda təqsirləndirilir. Araşdırmalar da adıçəkilən Agentliyin prokurorluğa müraciətindən sonra başlayıb. Dələduzluq, vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə kimi əməllərdə ittiham olunan dörd nəfərin heç biri həbsdə deyil. İstintaq və məhkəmə dövrü üçün onların barəsində başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilib.

«Bu söhbətlər çıxandan sonra Samir gətirib pulumu qaytardı»

Mayın 4-də məhkəmədə zərərçəkmiş Toğrul Səfərov başına gələnlərdən danışarkən bildirib ki, o, təqsirləndirilən M.Qafarovun oğlu Samir ilə dost olub. Dostundan atasının sosial evlər payladığını eşidib. O da ev almaq istədiyindən dostunun atasına müraciət edib: ««ASAN Xidmət»ə getdik. Orada dedilər ki, ödəniş edilməlidir. Məhəmməd müəllimin yanında olan iki xanımla getmişdik. Mən 10 min manatı Məhəmməd Qafarova vermişəm. Sonra ofisdən gəlib sənədləri aldım. Bu söhbətlər çıxandan sonra Samir gətirib mənim pulumu qaytardı. Şikayət və tələbim yoxdur».

Şahid İradə Məmmədova da təqsirləndirilən M.Qafarovla dost olub: «Uzun illər dost olmuşuq. Onun ofisinə gedirdim. Hərdən işlərinə də kömək edirdim. Ofisdə torpaq, ev alqı-satqısı həyata keçirilirdi. Mən sosial evlərin satılmasında iştirak etməmişəm, amma xəbərim olub. Ülviyyə Abdalova deyirdi ki, şəhid ailəsidir. Ona bir neçə ev verildiyini deyirdi. Bunu ofisdə olan hamı bilirdi».

Şahid onu da söyləyib ki, sosial ev almaq üçün müraciət edən şəxslərin ödədiyi puldan 1800 manatı təqsirləndirilən şəxslərdən Leyla İsmayılova və Ülviyyə Abdalova götürüb, «ASAN Xidmət»ə aparıblar: «Orada ödəniş edirdilər. Mən bunları bilirdim. Amma heç bir sənəd, satılan evlərin, edilən ödənişlərin qəbzlərini görməmişəm. Bilirdim ki, Məhəmməd müəllim onlara maşın verirdi, gedirdilər...».

Məhkəmə mayın 11-də davam edəcək.

Multimedia

XS
SM
MD
LG