Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:25

Titiyev həbsdə qaldı


Oyub Titiyev

Rusiyanın Çeçenistan regionunun Ali Məhkəməsi “Memorial” insan haqları qrupunun rəhbəri Oyub Titiyev-in şikayətini rədd edib. Titiyev həbs qətimkan tədbirinin iyunun 9-dək uzadılmasından şikayət vermişdi.

Memorial bildirib ki, mayın 4-də məhkəmə aşağı instansiya məhkəməsinin aprelin 25-də çıxardığı qərarı qüvvədə saxlayıb. Marixuana saxlamaq ittihamıyla saxlanmış Titiyev həbsdə qalacaq. Özü və tərəfdarları isə işin saxta olduğunu deyirlər.

60 yaşlı Titiyev yanvarın 9-dan həbsdədir.

Polis onu öz maşınından saxlayıb. Hakimiyyət sonradan bildirib ki, maşında narkotik maddə tapılıb.

Titiyev və Memorial marixuananın maşına atıldığını deyir.

Təqsiri sübuta yetirilsə, Titiyev 10 illik həbsə məhkum edilə bilər.

XS
SM
MD
LG