Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 09:58

Havay ştatında vulkan püskürüb


Havayda Kilauea vulkanı, 3 may, 2018-ci il

ABŞ-ın Havay ştatında vulkan püskürüb, 1500-dən çox adam evakuasiya olunub.

Hələlik, xəsarət alanlar barədə məlumat yoxdur.

Havayın qubernatoru sakinlərin köçürülməsi, boş qalan 770 ev və digər tikililərin qorunması üçün Milli Qvardiyanı hərəkətə gətirib.

Maija Stenback adlı sakin BBC-yə deyib ki, lavanın görünüşü və səsi “inanılmaz” idi, püskürmə bir kilometr uzaqdan hiss olunurdu.

Ərazidə bir neçə gün öncə zəlzələlər baş verib.

1924-cü ildə Kilauea vulkanının püskürməsi nəticəsində bir nəfər həlak olub. 1983-cü ildə isə kraterdən göy üzünə lava fontanları qalxıb.

XS
SM
MD
LG