Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 16:40

Deputatların maaşı 10 faiz artırılıb


Milli Məclis

Mayın 4-də parlamentdə «Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında», «Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında», «Konstitusiya Məhkəməsi haqqında», «Məhkəmələr və hakimlər haqqında» qanunlara dəyişikliklər müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Layihəyə görə, deputatların, Ombudsmanın və hakimlərin əmək haqları 10 faiz artırılır.

Layihə səsə qoyularaq qəbul olunub.

Report-un xəbərinə görə, hazırda deputatların maaşı 1575 manatdır. Dəyişiklikdən sonra bunun 1730 manatdan bir qədər çox olacağı gözlənir.

Spikerin, spikerin müavinlərinin və komitə sədrlərinin maaşları isə sıravi deputata nisbətən yüksəkdir.

Dəyişikliyə əsasən, Ombudsmanın maaşının isə 2230 manata yüksəldiyi bildirilir. İndiyə qədər bu 2025 manat olub.

Xəbərdə habelə, vurğulanır ki, Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı da 2335 manata yüksəlir. Məhkəmə sistemində çalışan başqa işçilərin maaşları isə nisbətən aşağıdır.

Dəyişiklik mayın 1-dən tətbiq ediləcək.

Multimedia

XS
SM
MD
LG