Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:34

Bu il ədəbiyyat üzrə Nobel mükafatı verilməyəcək


Nobel muzeyi
Nobel muzeyi

Bu il ədəbiyyat üzrə Nobel mükafatı verilməyəcək. Bu açıqlama ilə İsveç Akademiyası çıxış edib. Səbəb mükafatın mövcud olunduğu 100 ildən də çox bir müddət ərzində üzləşdiyi ən böyük qalmaqaldır.

Akademiya mayın 4-də bildirib ki, bu ilin mükafatı 2019-cu ildə veriləcək.

Akademiyanın idarə heyətindən bir neçə nəfər seksual zəmində nalayiq hərəkətlərlə bağlı iddialara qurumun adekvat reaksiya verməməsindən dolayı istefa verib.

Qurum Stokholmda keçirilən həftəlik toplantısında belə bir qənaətə gəlib ki, bu il qalib seçməyə hazır deyil.

MÜKAFATIN “NÜFUZUNUN QORUNMASI”

Bəyanatda deyilir ki, qərar “hazırda Akademiyanın nüfuzunun zəifləməsi, ona ictimai inamın azalması səbəbindən” verilib.

Nobel medalı
Nobel medalı

18 qadın Akademiyanın üzvü olan yazıçı Katarina Frostenson-un həyat yoldaşı, fransalı fotoqraf Jean-Claude Arnault-u seksual qısnamada ittiham edib, bu insidentlərin bəzilərinin Akademiyaya məxsus mülkiyyət üzərində baş verdiyi bildirilir.

Arnault Akademiyanın maliyyələşdirdiyi mədəniyyət layihəsi gerçəkləşdiribmiş. O, cinsi zəmində nalayiq hərəkətlərə yol verməsi, eləcə də Nobel qaliblərinin adlarını sızdırmasıylabağlı iddiaları rədd edib.

Akademiyanın 18 üzvü, Frostenson, həmçinin qurumun rəhbəri Sara Danius istefa verib.

1901-ci ildə təsis olunmuş ədəbiyyat mükafatı sonuncu dəfə 1943-cü ildə, 2-ci dünya müharibəsi vaxtı verilməyib.

Bütün sahələrdə Nobel mükafatlarını idarə edən Nobel Fondu qərarı dəstəkləyib.

Bu qərar durumun ciddiliyini oraya qoyur, Nobel mükafatının uzunmüddətli nüfuzunun qorunmasına kömək edəcək”, – fondun bəyanatında deyilir.

Nobel mükafatlarını 1895-ci ildə isveçli sənayeçi və alim Alfred Nobel təsis edib. O, ədəbiyyat, elm, sülh sahələri üzrə mükafatlar yaradıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG