Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 03:03

Rusiya dünya çempionatını keçirməyə “hazırdır”


Vladimir Putin və Gianni Infantino

Rusiya prezidenti Vladimir Putin mayın 3-də elan edib ki, ölkəsi futbol üzrə dünya çempionatına hazırlıqları “praktik olaraq” bitirib. Çempionat gələn ay Rusiyanın 11 şəhərində keçiriləcək.

Rusiya turnirə hazırdır, sadəcə, son tamamlama işləri qalıb”, – Putin Soçidə FIFA-nın prezidenti Gianni Infantino ilə görüşdən sonra deyib.

O, Rusiya komandasının yaxşı oynayacağına ümidvar olduğunu dilə gətirib. Rusiya 2008-ci il Avropa Çempionatından bəri mühüm yarışlarda qrup mərhələsindən çıxa bilməyib.

Bu arada Rusiyayla Qərbin münasibətlərində gərginlik yaşanır. Suriyada şübhəli kimyəvi silah hücumları, Britaniyada keçmiş rusiyalı casusun zəhərlənməsi, Birləşmiş Ştatların sanksiyaları münasibətləri gərginləşdirib.

Digər tərəfdən, stadion tikintisində yubanmalar, yarışlar zamanı azarkeşlərin xuliqanlıq edəcəyi, irqçi şüarlar səsləndirəcəyi sarıdan narahatlıq vardı.

Ancaq Infantino da Rusiyanın kubok oyunlarına “tamamilə hazır” olduğunu açıqlayıb.

XS
SM
MD
LG