Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:44

Suriyada təyyarə qəzasında iki pilot həlak olub


Sukhoi SU-30

Rusiya Müdafiə Nazirliyi bildirir ki, mayın 3-də Suriyada hərbi təyyarə qəzaya uğrayıb, iki pilot həlak olub.

Sukhoi-30 təyyarəsi Latakya vilayətindəki Hmeimim hava bazasından qalxandan az sonra qəzaya düşüb. Nazirlik onun vurulmadığını bildirir.

Rusiya agentlikləri nazirliyin adı çəkilməyən rəsmilərinə istinadla yazır ki, ilkin təhqiqat qəzaya quşlarla toqquşmanın səbəb ola biləcəyini göstərir.

Rusiyanın Suriyada 50-dən çox qırıcı təyyarəsi və helikopteri var, quru qüvvələri isə onları qoruyur.

İranla Rusiya Suriya müharibəsində Bashar al-Assad hökumətini dəstəkləyir.

XS
SM
MD
LG