Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 18:36

ABŞ qədim eksponatları İraqa qaytarır


Arxiv fotosu

İraqdan qanunsuz olaraq çıxarılmış və ABŞ-dakı Hobby Lobby mağazalar şəbəkəsinə satılmış 3 min 800-dək qədim eksponat mayın 2-də qaytarılıb.

ABŞ-ın gömrük rəsmiləri eksponatları İraqın səfiri Fareed Yasseen-ə öz iqamətgahında təqdim ediblər.

Hobby Lobby iyulda antik əşyaları təslim etməyə və ABŞ Ədliyyə Departamentinin qaldırdığı mülki iddianın həllindən ötrü 3 milyon dollar ödəməyə razılaşıb.

Məhkəmə sənədlərində şirkətin 5 min 500-dən çox artifaktı aldığı göstərilir.

Hobby Lobby-nin prezidenti Steve Green 2016-cı ildə Vaşinqtonda açılmış İncil Muzeyinin yaradıcısıdır. Şirkət İraq eksponatlarının muzey üçün nəzərdə tutulmadığını bildirib.

XS
SM
MD
LG