Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 12:35

Odessa toqquşmalarının ildönümüdür


Anım tədbiri

Ukraynanın Qara Dəniz sahilindəki Odessa şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib. Burada 2014-cü ildə Ukrayna və rusiyapərəst nümayişçilərin toqquşmalarının ildönümü anılır. Həmin hadisələrdə 48 nəfər həlak olmuşdu.

Dörd il öncə toqquşmaların baş verdiyi Kulikovo çölü və Həmkarlar İttifaqları binasının yaxınlığında mindən artıq polis əməkdaşı, təhlükəsizlik əməkdaşı yerləşdirilib.

Odessa regional polis departamentinin məlumatına görə, adamlar əraziyə yalnız metal detektorlardan keçərək daxil olurlar.

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) anım tədbirlərində kommunist və nasist simvollarının qaldırılmasını yasaqlayıb.

2014-cü ildə Rusiya Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra rusiyayönlü fəallar və onlara qarşı çıxanlar Odessada yürüşə çıxıblar.

Yürüş zamanı onlar arasında toqquşma baş verib, atəş açılıb, şəhərin mərkəzində bir neçə nəfər öldürülüb.

Daha sonra toqquşmalar Kulikovo çölündə davam etdirilib.

XS
SM
MD
LG