Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 18:15

Estoniyada genişmiqyaslı təlim başlanıb


ABŞ prezidenti Donald Trump Baltik ölkələri prezidentləri ilə birgə mətbuat konfransında, 3 aprel, 2018-ci il

Mayın 2-də Estoniyada 16 ölkədən 13 min hərbçinin iştirakıyla beynəlxalq hərbi təlim başlanıb.

Siil (Kirpi) adı verilmiş bu təlim mayın 14-dək davam edəcək və Estoniya 1991-ci ildə keçmiş Sovet İttifaqından müstəqillik qazanandan bəri ən böyük hərbi məşq sayılır. Təlimin bir hissəsi qonşu Latviyada keçiriləcək.

Estoniya ordusundan başqa 15 ölkədən 2 min hərbçi məşqlərdə iştirak edir.

Estoniya, Latviya və Litva Rusiyayla həmsərhəddir. NATO və Avropa Birliyinə üzv olmalarına baxmayaraq, onlar Moskvanın regiondakı niyyətlərindən narahatdırlar. Rusiya 2014-cü ilin martında Ukraynanın Krım yarımadasını ilhaq edəndən sonra bu narahatlıq daha da artıb.

XS
SM
MD
LG