Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 03:38

Vəkillərin sayı 1000-i keçib


Vəkillər Kollegiyası

«Ölkəmizdə ilk dəfə vəkillərin sayı 1000 nəfəri ötüb. Hazırda Azərbaycanda 1039 vəkil fəaliyyət göstərir. Bugünkü andiçmə mərasimində yazılı imtahanı, şifahi müsahibəni və tədris prosesini uğurla başa vuran 90 namizəd təntənəli surətdə Vəkillər Kollegiyasına üzv qəbul olundular».

AZƏRTAC-ın xəbərinə görə, bunu Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov mayın 2-də jurnalistlərə açıqlamasında deyib. O vurğulayıb ki, hazırda Vəkillər Kollegiyasına üzvlərin qəbulu prosesi davam edir:

«Çalışırıq ki, bu iş davamlı olsun. Ümid edirəm ki, ilin sonuna kimi ölkədə vəkillərin sayı xeyli artacaq. Vəkillər Kollegiyasının Rəyasət Heyəti bu məsələləri daim diqqət mərkəzində saxlayır. Bu gün and içən namizədlərin tam əksəriyyəti - 80 faizi 40 yaşınadək olan hüquqşünaslardır. Bu, onu göstərir ki, gənc hüquqşünaslar vəkilliyə böyük maraq göstərirlər. Bu da çox sevindirici haldır».

Bu yaxınlarda vəkilliklə bağlı qanunvericiliyə dəyişiklik edilib. Artıq Vəkillər Kollegiyasının üzvü olmayanlar nəinki cinayət, heç mülki işlərə də çıxa bilməzlər.

Bundan sonra Azərbaycanda Vəkillər Kollegiyasına qəbul bərpa edilib.

Ancaq bununla yanaşı, son aylar müxalifət təmsilçilərini və jurnalistləri müdafiə edən bəzi vəkillər ya Kollegiyadan çıxarılıb, ya da fəaliyyətləri bir illik dayandırılıb. Onlar bunu, əsasən, müdafiə etdikləri şəxslərin işgəncə və başqa qanunsuz hallarla bağlı şikayətlərini ictimailəşdirmələri ilə izah ediblər.

Vəkillər Kollegiyasının rəhbərliyi isə bildirir ki, vəkillərin mətbuata məlumat vermələrinə etiraz etmirlər. Kollegiya rəhbərliyinin fikrincə, sadəcə həmin vəkillər qanunvericiliyin tələblərini pozublar.

Multimedia

XS
SM
MD
LG