Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:17

Nikol Paşinyan bütün Ermənistanı tətilə çağırdı (Video)


Meydana toplaşanlar Paşinyanın baş nazir seçilməməsinə belə reaksiya verdilər
Gözlə

No media source currently available

0:00 0:00:58 0:00

Meydana toplaşanlar Paşinyanın baş nazir seçilməməsinə belə reaksiya verdilər

Ermənistan parlamenti 45-55 nisbəti ilə müxalifət lideri Nikol Paşinyanın baş nazir olması əleyhinə səs verib.

Paşinyanın sadə çoxluğu qazanmaq üçün 8 səsi çatmayıb.

Bundan əvvəl hakim Respublikaçı Partiya fraksiyasının başçısı Vahram Bağdasaryan demişdi ki, fraksiya mayın 1-də keçirilən səsvermədə müxalifət lıideri Nikol Paşinyanın əleyhinə səs verəcək.

Buna cavab olaraq Nikol Paşinyan demişdi ki, Respublikaçı Partiya və onun parlament fraksiyası “öz-özünü geriyədönülməz şəkildə məhv etdi” və onun namizədliyini dəstəkləməməklə “öz xalqına qarşı müharibə elan etdi”.

***

Sarkisian-Kocharian tandemi 'hakimiyyətə qayıdış planı hazırlayıblar'

Respublikaçı Partiyası fraksiyasının parlamentdəki iclası bitib. İclasda Nikol Pashinian-ın baş nazir postuna namizədliyi müzakirə olunub.

Vahid qərara gəlmişik, onu fraksiyanın çıxışı zamanı eşidəcəksiz”, – fraksiya rəhbəri Bagram Bagdasarian jurnalistlərə deyib.

Baş nazirliyə yeganə namizəd Pashinian-dır. Onun namizədliyini 9 mandatı olan Yelk fraksiyası irəli sürüb. Tsarukian (31 mandat) müxalif fraksiyası və hakim koalisiyanın keçmiş üzvü Dashnaksutyun (7 mandat) da Pashinian-ın namizədliyinə səs verəcəyini bildirib. Seçilməkdən ötrü ona 105 yerlik parlamentdə 53 səs lazımdır. 58 mandatı olan hakim partiya Pashinian-ın proqramıyla tanış olandan sonra mövqeyini bildirəcəyini deyib.

***

Nikol Pashinian parlamentdəki çıxışında deyib ki, xalqın məqsədi bir şəxsin digərilə əvəzlənməsi deyil, Ermənistanda oturuşmuş korrupsioner, antixalq, qəddar sistemin kökünün kəsilməsidir.

Elə görünürdü ki, Respublikaçı Partiyası durumu ayıq-sayıq dəyərləndirir və xalqın, dövlətin maraqlarına uyğun rəhbərlik edəcək. Ancaq Serzh Sarkisian-ın rəhbərliyi ilə partiyanın başında duranlar öz xalqlarıyla siçan-pişik oyununu davam etdirirlər. Onlar indiyədək hələ xalqın namizədinə səs verəcəklərini açıqlamayıblar. Amma onu da anlayırlar ki, bu, mövcud böhranın həllindən ötrü yeganə yoldur”, – o deyib.

Baş nazirliyə namizəd onu da iddia edib ki, dünən (aprelin 30-da) axşam Sarkisian-la keçmiş prezident Robert Kocharian parlamentdəki bütün fraksiyaların üzvlərinə təzyiq göstərməyə başlayıblar, “onları hər yolla təhdid edərək xalqın namizədinə səs verməmələrini tələb edirlər”.

“Təsəvvür edin, məşhur tandem ümumxalq iradəsini tapdalayaraq hakimiyyətə qayıdış planı hazırlayıb. Bunun əsas aləti isə öncəki kimi təhdidlər, fiziki və psixoloji təzyiq, kompromatlardır. Bu yüksək tribunadan demək istəyirəm ki, cənablar, siz Ermənistanda yaranmış durumu anlamırsıznız və belə də davam edirsiniz. Sizi birbaşa xəbərdar edirəm, ümumxalq hərəkatının tolerantlığını zəiflik kimi anlamağınız proqnozlaşdırılmayan, arzulonmaz nəticələrə gətirə bilər. Nə qədər gec deyil, ayılın, çünki bu davranışınız sözün hərfi mənasında siyasi sunamiyə səbəb ola bilər”, - müxalifət lideri deyib.

Nikol Pashinian parlamentdə çıxış edir
Nikol Pashinian parlamentdə çıxış edir

Pashinian bir daha xalq müraciət edərək onları Respublika meydanına toplaşmağa çağırıb. “Sizin qələbənizi yenə oğurlamaq istəyirlər” deyə vurğulayıb.

***

Hazırda Ermənistan parlamenti yeni baş nazirin seçilməsi məsələsini müzakirə edir. Vitse- spiker Eduard Sharmazanov deyib ki, hakim partiya, hələlik, necə səs verəcəyi ilə bağlı yekun qərar qəbul etməyib.

Pashinian parlamentdəki çıxışında bildirib ki, Respublikaçı Partiyasının səsverməni pozmaq cəhdi “sunami yaradacaq”. O, növbədənkənar parlament seçkisinin keçirilməsinin vacibliyini də vurğulayıb.

Prezident Armen Sarkisian bütün ictimai və siyasi qüvvələri sağlam məntiqlə, qanun çərçivəsində hərəkət etməyə çağırıb.

Nikol Pashinian-ın tərəfdarları Yerevanın mərkəzinə yığışır
Nikol Pashinian-ın tərəfdarları Yerevanın mərkəzinə yığışır

***

Artıq minlərlə adam Yerevanın mərkəzinə axışmaqdadır.

***

Ermənistanda dəyişiklik tələb edən kütləvi etirazların lideri Nikol Pashinian tərəfdarlarını küçələrə səsləyib, onları parlamentdə yeni baş nazirin seçilməsini monitorinq etməyə çağırıb. Pashinian həmçinin hakim partiyanın prosesi əngəlləyə biləcəyi xəbərdarlığını edib.

SARKİSİAN GECƏ “İCLAS KEÇİRİB”

Mayın 1-də canlı yayıma çıxan, səsvermədə yeganə namizəd olacaq Pashinian keçmiş baş nazir Serzh Sarkisian-ın hakim Respublikaçı Partiyasını (HHK) parlamentin xüsusi iclasını pozmağa hazırlaşmaqda suçlayıb. Ötən həftə Sarkisian istefa verdi və parlament bu gün yeni baş nazir seçməlidir.

***Buna da bax: Parlamentdəki fraksiyalar Paşinyanın baş nazirliyə namizədliyini dəstəkləyib

42 yaşlı Pashinian artıq parlamentdəki bütün müxalifət fraksiyalarının dəstəyini təmin edib. Hakim partiya 105 yerlik parlamentdə 58 yerə sahibdir. Pashinian partiyaya xəbərdarlıq edib ki, onun namizədliyini əngəlləməməklə bağlı vədi pozmasınlar.

İndicə məlumat almışıq ki, ötən gecə Serzh Sarkisian-ın rəhbərliyi ilə keçirilən iclasda respublikaçılar baş nazirin seçilməsini önləmək qərarına gəliblər”, – Pashinian Facebook sosial şəbəkəsində canlı yayımda bildirib.

Hamınızı səhər tezdən yuxudan durmağa, tezdən Respublika Meydanına yığışmağa, Serzh Sarkisian-ın və Respublikaçı Partiyasının yeni planını önləməyə çağırıram”, – o, sözlərinə əlavə edib.

PROQRAMLA TANIŞ OLANDAN SONRA...

Səsvermədən öncə Respublikaçı Partiyası bildirmişdi ki, parlamentdəki digər fraksiyalar Pashinian-ı dəstəklərsə, onlar da onun seçilməsinə mane olmayacaqlar.

Ancaq partiyanın sözçüsü Eduard Sharmazanov mayın 1-də deyib ki, Pashinian-ın proqramıyla tanış olandan sonra necə səs verəcəyini qərarlaşdıracaq.

***Buna da bax: ‘The Economist’: Ermənistandakı inqilaba Rusiyadan müdaxilə təhlükəsi qalır

Respublikaçı fraksiyasının lideri səsvermədən öncə qərarını açıqlayacaq”, – Armenpress Sharmazanov-a istinadla yazıb.

Sarkisian 10 il prezident olandan sonra baş nazir postuna keçdi, ancaq dinc etirazlar sonucunda istefa verməli oldu. Konstitusiyaya dəyişikliklər isə artıq baş nazirin səlahiyyətlərini genişləndirmiş, prezidentinkini məhdudlaşdırmışdı. Elə opponentləri də etirazları bu səbəbdən başlatdı, onlar deyirlər ki, yeni sistem Sarkisian-ın qeyri-müəyyən müddətə ölkə lideri postunda qalmasına imkan verərdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG