Keçid linkləri

Təcili xəbərlər
2021, 07 May, Cümə, Bakı vaxtı 21:09

Bakı Ticarət Festivalı başlayır


Şopinq

Bu gün, mayın 1-də Bakı Ticarət Festivalı (Şopinq Festivalı) başlayır.

Azərbaycanda növbəti dəfə keçirilən Şopinq Festivalı ilə əlaqədar ölkə banklarının böyük əksəriyyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərməlidir.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) bildiriblər.

Məlumata görə, Palatanın tövsiyəsi ilə mayın 1-dən 31-nə qədər 23 bankın 48-dən çox filial və şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bakı Ticarət Festivalı mayın 31-nə kimi davam etməlidir.

Xatırlatma

Bakıda Şopinq Festivalı 2016-cı ildən keçirilir. Bununla ölkəyə daha çox turist cəlb etmək məqsədi güdülür. Festivalın turizmlə yanaşı, ticarətin də inkişafına təkan verməsi nəzərdə tutulur.

Ancaq ekspertlərin fikrincə, bu vaxta qədər keçirilən ticarət festivallarında nəzərdə tutulan qazanc əldə edilməyib.

XS
SM
MD
LG