Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:48

ABŞ-ın məqsədi Rusalı biznesdən sıxışdırıb çıxarmaq “deyil”


Steven Mnuchin, arxiv fotosu

Birləşmiş Ştatlar Rusiyanın alüminium nəhəngi olan Rusal şirkətinə sanksiyalar qoymaqla onu biznesdən sıxışdırıb çıxarmağı hədəfləmir. Ancaq şirkətin əsas səhmdarı Oleg Deripaska səhmlərini 50 faizdən aşağı salmalıdır. Bunu ABŞ-ın maliyyə naziri Steven Mnuchin deyib.

Birinci aspekt odur ki, səhmlərini satıb 50 faizdən aşağı salsın”, – Mnuchin aprelin 30-da Bloomberg TV-yə müsahibəsində deyib. O əlavə edib ki, onun şirkətlə ABŞ sanksiyalardan yayınmaqla bağlı müzakirələri “ürəkləndiricidir”.

Məqsədimiz Rusalı biznesdən sıxışdırıb çıxarmaq deyildi və buna görə də lisenziyanı uzatdıq”, – Mnuchin söyləyib.

ABŞ Xəzinədarlığı aprelin 6-da Rusal-a sanksiyaları elan edib. Deripaska-nın hədəfə alınması isə Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkisinə iddia olunan müdaxiləsindən dolayı Moskvanı cəzalandırmaqla bağlı olub. Xəzinədarlığın yanvarda açıqladığı hesabatda Deripaska prezident Vladimir Putin-lə sıx əlaqələri olan rusiyalı maqnat kimi təsvir olunurdu.

Rusal ABŞ-ın sanksiya siyahısında çıxarılmaq üçün müraciət edib və ötən həftə Xəzinədarlıq ilk dəfə olaraq şirkətə cərimələrdən yayınmağın yolunu göstərib. Deripaska isə Rusalı idarə etdiyi En+ holdinqində payını azaltmağa razılaşıb.

XS
SM
MD
LG