Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:25

Dünyanın ən yaşlı hörümçəyi ölüb


Arxiv fotosu
Arxiv fotosu

Dünyanın ən yaşlı hörümçəyi 43 yaşında ölüb. Tədqiqatçıların bazar ertəsi bildirməsinə görə, o, illər boyu Avstraliyada tədqiqat obyekti olub.

Daha öncə Meksikada bir tarantul 28 yaşında ölmüşdü. Onun rekord həddə ömür sürdüyü bildirilirdi.

“Frans Pres” yazır ki, Nömrə 16 adlı hörümçək yaşdan deyil, eşşəkarısı sancmasından dünyasını dəyişib.

Nömrə 16 alimlərin hörümçəkkimilərin davranışına dair vacib informasiyaları tədqiq etməsinə yardımçı olub. Hörümçəkkimilərə həyətyanı bağlar daxil olmaqla, Avstraliyanın hər yerində rast gəlinir.

YUVALARINDAN KƏNARA ÇIXMIRLAR

Bildiyimiz qədərilə, bu, indiyədək qeydə alınmış ən yaşlı hörümçəkdir və onun həyatı bizə hörümçəklərin davranışın, populyasiya dinamikasını araşdırmağa kömək edib”, – Curtin Universitetindən aparıcı tədqiqatçı Leanda Mason deyib.

Qərbi Avstraliyada tarantulların öyrənilməsi layihəsini 1974-cü ildə Barbara York Main başladıb. Nömrə 16 da elə o vaxt aşkarlanaraq nəzarətə götürülüb.

Barbara-nın tədqiqatı sayəsində öyrəndik ki, tarantulun ömür həddi yaşam xüsusiyyətindən, natəmiz yerdə, təbii kolluqlarda yaşamasından, oturaq həyat tərzindən, aşağı metabolizm səviyyəsindən asılıdır”, – Mason deyib.

Nömrə 16-ya meşə şəraitində göz qoyulub. Dişi tarantullar ömürləri boyu eyni yuvada yaşayırlar, tədqiqatçılar da onun yuvasını nişanlayıb, tez-tez onu yoluxub.

Bu tədqiqat həmçinin gələcək iqlim dəyişikliyi streslərinin və meşələrin azalmasının bu növlərə təsirini də öyrənməyə şərait yaradıb.

Tarantullar adətən 5-20 il yaşayırlar. Dişilər yuvalarında, ya da onun yaxınlığında gün keçirir, yetkin erkəklər isə yuvanı tərk edir, tayını tapmağa çalışır.

Bu hörümçəklər insanlar üçün təhlükəli sayılmır, ancaq dişləməsi ağrı və şiş yarada bilər.

XS
SM
MD
LG