Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 19:31

Erdogan Özbəkistandadır


Erdogan və Mirziyoev

Türkiyə prezidenti Recep Tayyip Erdogan-ın Özbəkistana üçgünlük rəsmi səfəri başlayıb. O, iki ölkə arasında münasibətləri gücləndirməyə, biznes sövdələşmələrinə ümid edir.

Erdogan Daşkəndə aprelin 29-da axşam çatıb, bu gün Özbəkistan-Türkiyə iqtisadi forumunda iştirakı gözlənir. Foruma 200-dən çox yüksək səviyyəli hökumət rəsmisi, Türkiyənin böyük şirkətlərinin təmsilçiləri qatılacaq.

Erdogan İstanbuldakı Ataturk Aeroportunda jurnalistlərə deyib ki, Türkiyəylə Özbəkistanın “itirilmiş imkanları” bərpa edəcəyinə ümid bəsləyir.

Özbəkistan Xarici İşlər Nazirliyinin bəyanatına görə, Erdogan-ın səfəri zamanı ikitərəfli münasibətlərin səviyyəsinin yüksəldilməsi, regional məsələlər müzakirə olunacaq.

Erdogan-ın Özbəkistan parlamentində çıxışı, qədim Buxara şəhərinə səfəri də planlaşdırılır.

1991-ci ildə Sovet İttifaqı dağılandan sonra Türkiyə Mərkəzi Asiyanın beş ölkəsinin müstəqilliyini rəsmən tanıyan ilk ölkə olub. Ancaq son illər Türkiyəylə Özbəkistanın münasibətlərində gərginlik yaşanıb.

Özbəkistanın keçmiş prezidenti Islam Karimov 1990-cı illərin ortalarında iki ölkə arasında vizasız səyahəti dayandırıb, Ankarayla əlaqələri məhdudlaşdırıb. Səbəb Türkiyənin özbək müxalifət liderləri Muhammad Solih və Abdurahmon Polat-ın ekstradisiyasından imtina etməsiydi.

Ötən oktyabrda prezident Shavkat Mirziyoev Türkiyəyə səfər etdi. Mərhum Karimov isə bu ölkədə 1999-cu ildə olmuşdu.

XS
SM
MD
LG