Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 10:55

Zibilliyə görə referendum keçirəcəklər


Etirazçılar, 14 aprel, 2018-ci il

Moskva regionundakı Volokolamsk şəhərinin deputatları zibil poliqonunun bağlanması məsələsinin müzakirəyə çıxarılacağı referendumun tarixini müəyyənləşdiriblər. Yadrovo zibil poliqonundan atmosfer zəhərli qaz buraxıldığı bildirilir və aylardır buna görə sakinlər etirazlar keçirir.

Volokolamskın meri Pyotr Lazarev aprelin 26-da bildirib ki, referendum iyunun 17-nə təyin olunub.

Şəhər sakinləri yanvardan etiraz edir. Martın 21-də isə qaz zəhərləməsi simptomları ilə onlarla uşaq xəstəxanalara yerləşdirilib.

Yadrovonun bağlanması tələbilə ən böyük etiraz aprelin 1-də keçirilib.

Bu zibil poliqonu 2008-ci ildə açılıb, Moskva və ətraf regionların zibili oraya daşınır.

20 min əhalisi olan Volokolamsk Moskvadan 120 kilometr qərbdə yerləşir.

XS
SM
MD
LG