Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 07:03

Pakistan iqtisadiyyatı artır – Çinin sayəsində


Ahsan Iqbal Çin-Pakistan İqtisadi Dəhlizi planının təqdimat mərasimində, dekabr, 2017-ci il

Pakistan iqtisadiyyatı bu maliyyə ilində 2005-ci ildən bəri ən yüksək sürətlə – 5,8 faizlə artır. Hökumət bunun struktur islahatları və Çinin yeni İpək Yolu layihəsi sayəsində baş verdiyini bildirir.

Siyasi çaxnaşma olmasaydı, 6,1 faizlik artım əldə edərdik”, – Planlaşdırma və İnkişaf naziri Ahsan Iqbal aprelin 26-da bildirib.

Ötən il o vaxtkı baş nazir Nawaz Sharif korrupsiya iddiaları üzündən istefaya məcbur edildi. Üstəlik, illərdir Taliban və digər silahlı qruplaşmaların fəaliyyəti Pakistana sərmayəni və iqtisadiyyatın artımını əngəlləyib.

Artıq təhlükəsizlik durumu yaxşılaşır. Beynəlxalq Valyuta Fondu isə oktyabrda Pakistanın böhrandan çıxdığını bildirib. Qurum ölkəyə yardım proqramını da tamamlayıb.

Builki artıma iqtisadiyyatda struktur islahatları, enerji sektorunun modernləşdirilməsi, Çinin 46 milyard dollarlıq infrastruktur layihəsi olan Çin-Pakistan İqtisadi Dəhlizi də təkan verib. Bu dəhliz Çinin qərbindəki Sincan vilayətini Ərəb dənizi vasitəsiylə Pakistana birləşdirir.

XS
SM
MD
LG