Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 13:25

Prezidentin Türkiyə səfərində olanlar və olmayanlar-Media icmalı


İ.Əliyev və R.T.Ərdoğan
İ.Əliyev və R.T.Ərdoğan

Azərbaycan prezidentinin Türkiyəyə səfəri, ölkədə onlayn kreditləşmənin durumu və başqa bu kimi məsələlər medianın aparıcı mövzularındandır...

Azərbaycan və Türkiyə güzəştli ticarət anlaşması imzalaya bilər

Rəsmi dövlət qəzeti olan «Azərbaycan»da prezident İlham Əliyevin Türkiyəyə səfərindən geniş bəhs edilib.

Qəzet dövlət başçıların mətbuata birgə açıqlamalarının tam mətinlərini də dərc edib.

Prezident İ.Əliyev mətbuata açıqlamasında vurğulayıb ki, bu ilin may ayında Azərbaycan Cümhuriyyətinin 100 illiyi qeyd ediləcək. Onun deməsinə görə, bu il həmçinin, Qafqaz İslam Ordusunun Azərbaycan Xalq Cümhuriyyətinin Ordusu ilə birlikdə Bakını azad etməsinin qeyd edilməsi də nəzərdə tutulur.

«Bu, şanlı tariximizdir. Bu tarix göstərir ki, biz hər zaman bir yerdə olmuşuq, bu gün də bir yerdəyik. Əminəm ki, hər zaman bir yerdə olacağıq», - dövlət başçısı vurğulayıb.

Prezident İ.Əliyev daha sonra iki ölkə arasında iqtisadi əlaqələrə də toxunub: «Biz qarşılıqlı sərmayə qoyuluşunu da artırırıq. Bu günə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına təqribən 14 milyard dollar, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox sərmayə qoyub. Ancaq qardaş ölkələrə bu qədər yatırım qoyula bilər. Yaxın gələcəkdə TANAP-ın ( Trans-Anadolu qaz kəməri), «Star» neft emalı zavodunun açılışı, əlbəttə ki, bizim imkanlarımızı daha da artıracaq. Onu da qeyd etməliyəm ki, Azərbaycan sərmayəsi hesabına Egey bölgəsinin ən böyük limanı olan «Petlim» limanı inşa edilib. Bu, Türkiyənin üçüncü böyük limanıdır».

İ.Əliyev vurğulayıb ki, Türkiyə prezidenti R.T.Ərdoğanla görüşdə güzəştli ticarət anlaşması məsələsini də müzakirə ediblər. O, ümid etdiyini bildirib ki, yaxın gələcəkdə bu anlaşma imzalanacaq.

Ankarada M.Ə.Rəsulzadənin məzarı
Ankarada M.Ə.Rəsulzadənin məzarı

M.Ə.Rəsulzadəni «unutmaq»

Azadliq.info-da saytında «Əliyevin Rəsulzadə qısqanclığı» sərlövhəli yazı oxumaq olar.

Bu yazıda isə ölkə başçısı İ.Əliyevin aprelin 24-i və 25-də gerçəkləşən Türkiyə səfəri fərqli kontekstdən dəyərləndirilir.

Müəllif ölkə başçısı İ.Əliyevin bu il 100 illiyi qeyd edilən Azərbaycan Xalq Cümhuriyyəti (AXC) qurucularından Məhəmməd Əmin Rəsulzadənin Türkiyədəki qəbrini ziyarət etməməsinin üzərində dayanır. Bunu «Cümhuriyyətə ögey münasibətin Ankarada da gizlədilə bilməməsi» kimi qiymətləndirir: ​«Ölkə başçısı İlham Əliyev aprelin 25-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni ziyarət edib, məzarı önünə əklil qoyub. İlham Əliyev həmçinin, Ankaradakı Heydər Əliyev parkında olub, atasının abidəsini ziyarət edib. Təəssüf doğuran isə budur ki, Əliyev Rəsulzadənin məzarını ziyarət etməyib».

Müəllif xatırladır ki, İ.Əliyevin özü 2018-ci ilə Azərbaycanda «Cümhuriyyət ili» adı verib və 100 illik münasibətilə silsilə tədbirlərin keçirilməsindən ötrü sərəncam imzalayıb: ​«İlham Əliyev növbəti dəfə etiraf etdi ki, Rəsulzadənin varlığını həzm edə bilmir. Çünki Rəsulzadə demokratiyanın, azadlıqların, xalqa xidmətin nümunəsi idi və sevginin yaşatdığı şəxsiyyətdir...».

Müəllifin fikrincə, prezident İ.Əliyevin özü də başa düşür ki, Azərbaycan xalqından ötrü həqiqi öndər Rəsulzadədir: «Azərbaycanda Rəsulzadənin heykəli yoxdur. Universitetdən adı götürülüb, yeganə büstünə çuval keçirilib və Rəsulzadə yolunun davamçılarına divan tutulur. Bəli, Türkiyədə Elçibəyin, Rəsulzadənin heykəlləri var, onların adı əbədiləşdirilib, amma Azərbaycanda yalnız bir adamın adının əbədiləşdirilməsinə imkan verilir».

'Etibarlı adamın yoxdursa, kredit vermirlər'
Gözlə

No media source currently available

0:00 0:02:43 0:00

Onlayn kreditləşmə niyə inkişaf etmir

«Exo» qəzetində «Azərbaycanda onlayn-kreditləşdirmənin inkişafına mane olan nədir?» sualı gündəmə daşınır.

Müəllif Azərbaycanda internet üzərindən kreditləşmə məsələsini ekspert Əkrəm Həsənovla müzakirə edib.

Yazıda bildirilir ki, asan və əlverişli olması baxımından bu sahə Qərb ölkələrində sürətlə inkişaf edir.

«Bizim ölkədə əhalinin psixoloji və maliyyə vəziyyəti, həm də qanunverici məhdudiyyətlər onlayn kreditləşmənin əngəllənməsinin ən başlıca səbəbləridir. Sonuncuya gəlincə, burada söhbət çirkli pulların yuyulmasına qarşı fəaliyyətdən gedir. Bütün maliyyə müəssisələri fəaliyyətlərində hüquqi tələblərə əməl etməli və «öz müştərini tanı» prinsipi ilə işləməlidirlər. Banklar müştərilərinin kim olmasını, nə ilə məşğul olduğunu, krediti nə üçün almaq istədiyini və sairə bilməyə məcburdurlar. İnanıram ki, bu, xaricdə də belədir. Mümkün deyil ki, müştəri banka gəlməyə və bununla belə bir göz qırpımında ona internet üzərindən kredit verilə», - deyə ekspert vurğulayıb.

Ə.Həsənov deyib ki, ən azı onlayn rejimdə kredit götürən şəxs bankın müştərisi olmalıdır.

Ekspert bildirib ki, bir neçə il öncə şəxs bankın daimi müştərisi olduğu halda Azərbaycanda da bu sxem üzrə kredit almaq mümkün idi: ​«Bu təcrübə bizə ölkədə maliyyə böhranı başlamazdan az öncə ayaq açmışdı. İndi isə kreditləşmənin ənənəvi olan əyani forması mövcuddur, belə ki, əhalinin alıclılıq qabiliyyəti çox aşağı düşüb. Belə halda isə banklar qiyabi və ya onlayn kreditləşməyə getmirlər».

XS
SM
MD
LG