Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 19:17

Agramunt ‘fahişə ittihamları’ barədə: ‘Kaş ki bacarsaydım’


Pedro Agramunt

AŞPA-nın keçmiş prezidenti Pedro Agramunt-un Azərbaycandan bahalı hədiyyələr, pul və fahişələr qəbul etdiyi bildirilir. Bu günlərdə açıqlanmış hesabatda iddia olunur ki, Agramunt bunları qurumda Azərbaycanla bağlı tənqidi susdurmaqdan ötrü qəbul edib. “Deutcshe Welle” ispaniyalı deputatın bütün bu ittihamları təkzib etdiyini yazır.

Bu gün – aprelin 26-da AŞPA korrupsiyada və etika qaydalarını pozmaqda suçlanan indiki və keçmiş üzvlərinə sanksiyalar tətbiq edib-etməməyi müzakirəyə çıxarır. Avropa Şurası 10 ay ərzində apardığı təhqiqatın sonucunda Agramunt daxil olmaqla həmin şəxslərin Azərbaycana münasibətdə korrupsiyaya yol verdiyini iddia edib.

***Buna da bax: “Azərbaycan istintaqı” bitdi. AŞPA üzvlərinə ittihamlar

Hesabat aprelin 22-də açıqlanıb. Bundan sonra AŞPA-nın Proseduralar Komitəsi “korrupsiya xarakterli fəaliyyətdə” şübhəli bilinənlərin cəzalandırılmasını tələb edib.

200 MİN AVRO VƏ FAHİŞƏLƏR

Sənəddə ispaniyalı deputatın “korrupsiya xarakterli fəaliyyətdə iştirakına dair güclü şübhələrin olduğu” bildirilir.

İddia olunur ki, Agramunt AŞPA prezidenti seçilməsinin təmin edilməsindən ötrü 200 min avro (243 min 520 dollar) alıb. Tətillər, zinət əşyaları və saatlar daxil bahalı hədiyyələr, eləcə də 2015-ci ildə Azərbaycana seçki missiyası zamanı rüşvət kimi fahişələri qəbul etdiyi bildirilir.

Agramunt dünən – aprelin 25-də İspaniyanın SER televiziyasına müsahibəsində hesabatın tapıntılarını “219 səhifəlik yalan” adlandırıb. Fahişə iddialarına gəlincə, o deyib ki, “keşkə elə şeyləri bacarsaydım”. O, daha sonra dediklərinə aydınlıq gətirərək “keşkə”nin fahişələrlə münasibətlərə deyil, seksual qabiliyyətinə aid olduğunu söyləyib.

AŞPA-nın keçmiş sədri milyarder George Soros-un rəhbərlik etdiyi Açıq Cəmiyyət İnstitutunu da tənqid edib, ona və AŞPA-nın digər üzvlərinə qarşı “kampaniya”nın mərkəzində durduğunu iddia edib.

***Buna da bax: Avropa Şurası insan haqları məsələsində geri çəkilir?

Agramunt AŞPA üzvlüyündən istefa verməyəcəyini söyləyib. Qeyd edək ki, o, ötən il qurum prezidentlitindən uzaqlaşdırılıb. Suriyaya gedərək prezident Bashar Assad-la görüşməsinə görə həmkarları ona etimadsızlıq göstərib.

Bu gün Agramunt-un Prosedurlar Komitəsindəki qapalı iclasda iştirakı gözlənir.

Qeyd edək ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri indiyədək korrupsiyayla bağlı deyilənləri rədd edib. Hesabatda adı çəkilən Elxan Süleymanov yerli mediaya açıqlamasında bu sənədin konkret sübut ortaya qoymadığını bildirib.

XS
SM
MD
LG