Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 01:29

Huawei-nin İrana sanksiyaları pozması iddiaları araşdırılır


İllüstrativ foto

ABŞ Ədliyyə Departamenti Çinin Huawei Technologies şirkətinin İrana sanksiyaları pozmasıyla bağlı iddiaları araşdırmağa başlayıb. Bunu ABŞ mediası aprelin 25-də yazıb.

Reuters, The Wall Street Journal, New York Times və digər media orqanları anonim rəsmilərə istinadla yazıblar ki, ABŞ Ticarət və Xəzinədarlıq Departamentləri şirkətə çağırış vərəqəsi göndəriblər və təhqiqat başladılıb.

Reuters yazır ki, azı 2016-cı ildən bəri ABŞ hakimiyyəti Huawei-nin Vaşinqntonun sanksiyalarını pozaraq İrana ABŞ-an gələn məhsullar göndərməsi iddialarını araşdırıb.

Məlumata görə, bu istintaq Çinin ZTE Korporasiyası ilə bağlı aparılana oxşardır. Ötən həftə Birləşmiş Ştatlar şirkətlərinin yeddi il boyunca ZTE-yə hissələr və proqram satmasını yasaqlayıb.

Vaşinqton ZTE-nin ABŞ məhsullarını İrana qanunsuz göndərməsi iddialarına görə bu şirkətə 1 milyard dollara yaxın cərimə tətbiq edib.

Huawei-nin sözçüsü Charles Zinkowski isə şirkətin fəaliyyət göstərdiyi yerlərdə qanunlara əməl etdiyini bildirib.

XS
SM
MD
LG