Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:10

Səkkizinci imamı “təhqir edən” tvitə görə həbs olundu


Ayətulla Ahmad Alamolhoda
Ayətulla Ahmad Alamolhoda

Tehranda bir jurnalist şiə müsəlmanların Səkkizinci İmamını “təhqir edən” tvitə görə həbs olunub.

“Jahane Sanat” qəzetinin əməkdaşı Amir Hossein Miresmaili aprelin 24-də Tehranda İmam Khomeini aeroportunda saxlanıb. İran ədliyyəsinə bağlı xəbər agentliyi “informasiyalı təhlükəsizlik mənbəyinə” istinadla yazır ki, o, Gürcüstana getmək istəyirmiş.

“Mizaonline” Miresmaili-nin saxlanaraq ədliyyə orqanlarına təhvil verdiyini xəbərləyib.

***Buna da bax: İran sazişi “qorunub saxlanmalıdır”

Miresmaili özü də həbsini Twitter-də təsdiqləyib, “Həbs olundum” yazıb.

“BİZDƏN BİRİ”

Sərt xətt tərəfdarı olan Tasnim xəbər agentliyi daha öncə xəbər verirdi ki, Miresmaili aprelin 23-də məhkəməyə çağrılıb. Səbəb onun İmam Rzanı təhqir etməsi göstərilib.

Miresmaili tviti Məşhəddə cümə moizələrini aparan ayətulla Ahmad Alamolhoda-nın dediklərinə cavab olaraq yazdığını bildirib. Ayətulla konsertləri İmam Rzanın təhqir olunması kimi dəyərləndirmişdi.

Jurnalist sonradan pozduğu tvitdə yazıbmış ki, İmam Rza da “bizdən biridir” və o da əyləncədən zövq ala bilərdi.

“Həmin tvitdə İmam Rzanı təhqir etməmişəm. Müsəlmanam, şiəyəm və sadəcə Alamolhoda-nı tənqid etmək istəmişəm”, – o, aprelin 23-də deyib.

Aprelin 23-də yazdığı başqa bir tvitdə isə Miresmaili bildirib ki, Məşhəddə baş verənləri gənclərin anlayacağı dildə şərh etməyə çalışıb.

***Buna da bax: ‘Şahın mumiyası’ barədə şayiələr İranı silkələdi

İran hakimiyyəti ölkə ruhanilərinin küfr saydığı fikirlərə görə jurnalistləri, bloqqerləri, fəalları və digərlərini vaxtaşırı həbs edir.

Hakimiyyət minlərlə vebsaytı, xəbər, sosial media saytlarını da bloklayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG