Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 14:09

Müdafiə naziri Çinə gedir


Müdafiə Nazirliyi

Müdafiə naziri Zakir Həsənovun aprelin 26-da Çin Xalq Respublikasına (ÇXR) səfər edəcəyi bildirilir.

Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, səfər Çinin Dövlət Şurasının üzvü, Milli Müdafiə naziri Vey Fenxenin dəvəti ilə baş tutacaq.

Rəsmi səfər çərçivəsində ÇXR-nın hərbi-siyasi rəhbərliyi ilə görüşlər gözlənilir. Bu görüşlərdə hərbi, hərbi-texniki, hərbi təhsil və başqa məsələlərin müzakirəsi nəzərdə tutulub.

Səfər zamanı Çinin hərbi sənaye kompleksinə daxil olan müəssisələrə ziyarət də gözlənir.

Multimedia

XS
SM
MD
LG