Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 19:46

Dağlıq ərazilərdə yağış gözlənir


Günəş

Aprelin 26-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi bildirilir. Cənub-qərb küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 7-10, gündüz 17-22, Bakıda gecə 8-10, gündüz 19-21 dərəcə isti olacaq.

Aprelin 26-da Azərbaycanın rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənir. Gecə 5-10, gündüz 21-26, dağlarda gecə 2-7, gündüz 11-16 dərəcə isti təxmin edilir.

XS
SM
MD
LG