Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:10

Taliban yaz hücumlarını açıq elan edir


Arxiv fotosu

Əfqanıstandakı Taliban silahlı qruplaşması aprelin 25-də onlayn bəyanat yayaraq yaz hücumları mövsümünü açıq elan edib. Qruplaşma “Al-Khandaq” adını verdiyi hücumların “amerikalı işğalçıların əzilməsi, öldürülməsi və əsir götürülməsinə” fokuslanacağını bildirib.

Amerikalıların “daxildəki tərəfdarları” – Əfqanıstan hökuməti və hərbçiləri isə ikinci dərəcəli sayılıb.

Bəyanatda hücumun Talibanın Hərbi Komissiyası tərəfindən təşkil olunduğu bildirilir. Bu hücum 627-ci ildə Səudiyyə Ərəbistanındakı Xəndək müharibəsinin şərəfinə adlandırılıb. O zaman 3 min müsəlman kişi Mədinə ətrafında xəndəklər qazıb, qeyri-müsəlman ərəblərin və yəhudilərin bir ay çəkən mühasirəsindən salamat çıxıb.

Bu arada Əfqanıstanda yeni hücumlar dalğası başlayıb. Aprelin 24-də Fərah və Qəzni vilayətlərində Talibanın ayrı-ayrı hücumlarında azı 11 əfqan əsgər və polis əməkdaşı öldürülüb.

Aprelin 23-də isə Əfqanıstanın qərbində 18 əsgər və polis əməkdaşı qətlə yetirilmişdi.

XS
SM
MD
LG