Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:43

Rohani Trump-a nüvə sazişinə görə xəbərdarlıq edir


Hassan Rohani

İran prezidenti Hassan Rohani amerikalı həmkarı Donald Trump-a xəbərdarlıq edir ki, Tehranın dünya gücləriylə imzaladığı nüvə sazişindən çıxmasın, yoxsa bunun “ağır fəsadları” ilə üzləşər.

Ağ evdəkilərə deyirəm ki, öhdəliklərinə əməl etməsələr, İran hökuməti buna qətiyyətlə cavab verəcək”, – Rohani aprelin 24-də dövlət televiziyasında yayılmış çıxışında deyib.

Trump nüvə sazişini imzalamış Avropa ölkələri üçün mayın 12-ni son tarix qoyub ki, sənəddəki “dəhşətli qüsurları” düzəltsinlər, yoxsa Birləşmiş Ştatların İrana sanksiyalarının ertələnməsi müddətini uzatmayacağını deyib.

İran nüvə sazişini 2015-ci ildə ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya ilə imzalayıb. Saziş İranın nüvə proqramını məhdudlaşdırması əvəzində ona sanksiyaların qaldırılmasını nəzərdə tutur.

Hazırda Fransa prezidenti Emmanuel Macron Birləşmiş Ştatlardadır və Trump-ı razılaşmadan çıxmamağa inandırmağa çalışır.

XS
SM
MD
LG