Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:59

Ombudsmanın hesabatı qəbul edilib


E.Süleymanova

Əflatun Amaşov Ombudsmandan narazılıq edir

«Söz və ifadə azadlığının dərinləşməsi demokratik cəmiyyət quruculuğunun əsas şərtidir... Dövlət bu istiqamətdəki proseslərə hər zaman böyük önəm və dəstək verib. Belə olan halda Ombudsmanın informasiya əldə etmək haqqında qanundan irəli gələn tələbləri yerinə yetirmək resursunun olmaması təəccüblüdür».

Milli Məclisin bu gün, aprelin 24-də keçirilmiş plenar iclasında Ombudsmanın illik hesabatının müzakirəsi zamanı deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov belə deyib. O vurğulayıb ki, məruzədə Ombudsmanın ümumi fəaliyyəti ilə bağlı dolğun məlumat əksini tapıb.

«Müsbət haldır ki, bu dəfə görülən işlər digər illərdəki görülən işlərlə müqayisə edilərək təhlillər aparılıb. Bunlar çox yaxşıdır. Çox təəssüf ki, bu fikirləri məruzənin informasiya əldə etmək azadlığı bölməsi ilə bağlı söyləyə bilmirəm. Görülən işlərdən söhbət açmaq əvəzinə burada ümumi xarakterli köhnə məlumatlar, təkrar tövsiyələr yer alıb», - Ə.Amaşov deyib.

Onun fikrincə, Ombudsman informasiya əldə edilməsi hüququnun təmin edilməsi ilə bağlı vəzifələri tam yerinə yetirə bilmir.

Azərbaycanda informasiyalara çatım «İnformasiya əldə edilməsi haqqında» Qanunla tənzimlənir. Qanuna əsasən, Azərbaycanda informasiya məsələləri üzrə ombudsman qurumu yaradılmalı idi. Ancaq 2010-cu ildə parlament qanunun həmin müddəasını ləğv etdi, informasiya əldə edilməsi hüququnun təmin olunmasına nəzarət funksiyası Ombudsmana verildi.

+++

Aprelin 24-də Milli Məclisin plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın 2017-ci il üzrə hesabatının qəbul edildiyi bildirilir.

Yerli kütləvi informasiya vasitələri (KİV) hələ hesabat qəbul edilməmiş, onunla bağlı bəzi məlumatlar yaymışdılar.

Bu, məlumatlara görə, hesabatda vurğulanıb ki, sosial mənzillərin qiymətləri aztəminatlı ailələrə o qədər də əlverişli deyil.

Habelə Ombudsman uşaq bağçalarının yenidən Təhsil Nazirliyinə qaytarılmasını təklif edir.

Hazırda uşaq bağçaları icra hakimiyyətlərinin nəzarətindədir.

KİV-lərdə yayılan məlumatlara görə, məruzədə habelə sosial şəbəkələrin tənzimlənməsi ilə bağlı da təklif yer alıb.

Məruzədə ümumilikdə, insan hüquqlarının müdafiəsi, hüquqi maarifləndirmə və bu sahədə elmi-analitik işlərin nəticələrindən bəhs edildiyi vurğulanıb.

+++

Milli Məclisin bu gün, aprelin 24-də keçirilən plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova 2017-ci il üzrə illik məruzə ilə çıxış edir.

E.Süleymanova məruzəni bitirdikdən sonra deputatlar sənədi müzakirə edəcəklər.

Azərbaycanda Ombudsman institutu 2002-ci ildə yaradılıb. O vaxtdan bu quruma E.Süleymanova rəhbərlik edir.

Multimedia

XS
SM
MD
LG