Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 18:45

M. Bloomberg Paris iqlim sazişinə 4,5 milyon dollar ayırır


Michael Bloomberg, arxiv fotosu

Nyu Yorkun keçmiş meri, milyarder Michael Bloomberg bazar günü bildirib ki, Birləşmiş Ştatların Paris İqlim Sazişinə builki maliyyə öhdəliyini qarşılamaqdan ötrü 4,5 milyon dollarlıq çek yazacaq. Xəbəri “Reuters” informasiya agentliyi yayıb.

Prezident Donald Trump ötən il ölkəsini bu sazişdən çıxarıb və bununla da Birləşmiş Ştatlar iqlim sazişinə qarşı çıxan yeganə ölkəyə çevrilib.

Bloomberg CBS-ə müsahibəsində deyib ki, Trump-ın gələn ilədək fikrini dəyişəcəyinə ümid edir.

Milyarderin yaratdığı “Bloomberg Philanthropies” xeyriyyə təşkilatının yaydığı pres-relizə görə, Birləşmiş Ştatlar sazişə yenidən qoşulmasa, o, pulu verməyə davam edəcək.

Trump qətiyyətlə iqlim sazişinə qarşı çıxır, administrasiyası ətraf mühitin tənzimlənməsiylə bağlı bəzi qaydaları ləğv edib.

XS
SM
MD
LG