Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 19:13

Fransada immiqrasiya qanunu birinci mərhələdən keçir


Arxiv fotosu

Fransa parlamentinin aşağı palatası mübahisəli immiqrasiya qanununu qəbul edib. Solçular bu qanunu xeyli məhdudlaşdırıcı, sağçılar isə yumşaq sayır.

Fransa Milli Assambleyası aprelin 22-də 228-139 səs çoxluğuyla qanunun lehinə səs verib. 61 saatlıq debatlardan sonra parlamentin 24 üzvü bitərəf qalıb.

Qanunu prezident Emmanuel Macron-un “İrəli, Respublika” (LREM) partiyası dəstəkləyir.

Senat qanunvericiliyə iyunda baxacaq.

Daxili işlər naziri Gerard Collomb deyib ki, layihənin məqsədi immiqrasiyaya “daha yaxşı nəzarət etməkdir”.

Sənədə görə, sığınacaq üçün müraciətlərin gözləmə müddəti iki dəfə azaldılır, altı aya salınır. “İqtisadi” miqrant hesab edilənlərin ölkədən deportasiyası isə asanlaşdırılır.

Qəbul edilən qaçqınların cəmiyyətə inteqrasiyasına daha çox kömək göstərilir, onların iş tapmasına, fransız dilini öyrənməsinə daha yaxşı şərait yaradılacaq.

Ötən il Fransada sığınacaq almaq üçün rekord sayda – 100 min nəfər müraciət edib.

XS
SM
MD
LG