Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Rusiyalı tələbələr 'vətənə dönmək' çağırışına nə deyirlər


Rusiyanın xarici işlər naziri Sergei Lavrov MGIMO-da tədbirdə, arxiv fotosu
Rusiyanın xarici işlər naziri Sergei Lavrov MGIMO-da tədbirdə, arxiv fotosu

Bu günlərdə Rusiyanın dövlət agentliyi xaricdə təhsil alan rusiyalı tələbələri vətənə dönməyə çağırmışdı, Avropada antirusiya əhvalını səbəb gətirmişdi. Ancaq İngiltərədəki rusiyalı tələbələr bu narahatlığı yersiz sayırlar.

AzadlıqRadiosu-nun əməkdaşları Birləşmiş Krallıqda təhsil alan rusiyalı tələbələr danışıb.

“HAMI ÇOX NƏZAKƏTLİDİR”

Bu layihə özünə qarşı ayrıseçkilik hiss edən, xaricdə oxumağa gəldiyinə görə peşman olanlara cəlbedici ola bilər. Mən belə bir problem yaşamamışam. Rusiyadan gəldiyimə görə hər hansı mənfi münasibət hiss etməmişəm”, – Londonda Goldsmith Universitetində kommunikasiya üzrə magistr təhsili alan Alena Fedotova deyib.

Rusiyanın Rossotrudnichestvo yardım agentliyi sözügedən çağırışı aprelin 16-da edib.

***Buna da bax: ABŞ Rusiyadan jurnalistin ölümünün araşdırılmasını tələb edir

Qeyd edək ki, Britaniyada keçmiş rusiyalı casus Sergei Skripal və qızı Yulia-nın sinir qazıyla zəhərlənməsinə görə London Moskvanı məsul tutur.

Bu təkliflə Rusiyaya qayıtmağı nəzərdən keçirmirəm. Burada hansısa mənfilik hiss etmirəm. Hamı çox nəzakətlidir”, – Bath Universitetində maşınqayırma üzrə təhsil alan Timur Khairov söyləyir.

Əslində, Rusiya hökumətinin təşəbbüsünü anlamıram da. Düşünürəm ki, rusiyalı tələbələrə proqram təklif eləmək olardı ki, ölkədə işləməyə qayıtmaq şərtiylə xaricdə təhsil alsınlar”, - o, sözlərinə əlavə edir.

Skripal insidenti Rusiyanın Qərblə onsuz da gərgin münasibətlərini daha da pisləşdirib.

Rossotrudnichestvo-nun adı çəkilməyən rəsmisi RIA Novosti-yə deyib ki, özəlliklə Avropada bir sıra ölkələr “həmvətənlərimizə rusofobik münasibət sərgiləyiblər”.

“BURADA AZADAM”

Tələbələrə Xarici İşlər Nazirliyinin nüfuzlu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna (MGIMO), yaxud başqa dövlət institutlarına qəbul olunmaq, Uzaq Şərqdə işlə təmin olunmaq vəd edilir.

Amma AzadlıqRadiosu-nun söhbətləşdiyi rusiyalı tələbələrin heç biri təhlükəsizliyi üçün narahat olmadığını deyib.

***Buna da bax: John Bolton Rusiyaya şərtlərini açıqlayır

York Universitetində təhsil alan Sofya Zakharova deyib ki, Rusiyaya qayıtmaq fikri yoxdur:

Burada azadam. Rusiyada isə bəzi stereotiplərə uyğunlaşmalıyam. Bunun pis olduğunu demirəm, ancaq mənə uyğun deyil. İngiltərədə xoşuma gələn odur ki, adamlar oriyentasiyasından, dinindən, milliyyətindən asılı olmayaraq cəmiyyətdə iştirak edirlər. Üstəlik, burada adamlar hökuməti tənqid etməkdən qorxmurlar”.

İki ildir İngiltərədə yaşayan, Rusiyada bir institutda qiyabi təhsil alan Adriana Kyupar da özünü yaxşı hiss etdiyini söyləyib:

Heç bir siyasi təzyiq hiss etmirəm. Rusiyada təzyiqi daha çox hiss edirəm, məsələn, televizora baxanda. Hamının pis, ancaq özümüzün yaxşı olduğunu eşitməkdən ürəyim bulanır”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG