Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:35

Onun filmləri 10 milyard dollar toplayıb


Steven Spielberg
Steven Spielberg

Dördqat «Oscar» laureatı, 71 yaşlı amerikalı rejissor, ssenarist və prodüser Steven Spielberg misli görünməmiş zirvəyə yüksəlib.

«The Wrap» saytı yazır ki, Spielberg kino tarixində filmlərinin gətirdiyi ümumi gəlirin 10 milyard dolları aşdığı ilk rejissordur.

Bu məsələdə həlledici rolu rejissorun son işi olan «İlk oyunçu hazırlaşsın» (Ready Player One) filmi oynayıb. Film ötən ay baş tutmuş premyerasından bəri yaradıcılarına dünya prokatında 475 milyon dollar qazandıra bilib.

Ən uğurlu filmlər

Beləliklə, Spielberg-in filmlərinin ümumi qazancının həcmi hazırda 10.5 milyard dollara yaxınlaşmaqdadır.

Sayt xatırladır ki, rejissorun bugünədək çəkdiyi ən uğurlu film birinci «Yura dövrü parkı» (Jurassic Park, 1993) filmidir. Filmin gəliri 984 milyon dollara yaxın olmuşdu. Onun ardınca «İndiana Cons və büllur kəllə səltənəti» (Indiana Jones and the Kingdom of the Crystal Skull, 2008) filmi gəlir. Hamıya yaxşı tanış olan bu seriyanın dördüncü filminin gəliri 787 milyona yaxın olub. «Yadplanetli» (E.T. the Extra-Terrestrial, 1982) adlı fantastik «ailə» filmi isə 717 milyon dollarla növbəti yeri tutur.

Bununla yanaşı, sayt daha sonra qeyd edir ki, Spielberg-in ən gəlirli kinorejissor kimi mövqeyi faktiki sarsılmazdır. Çünki onun ən yaxın rəqibi, bu reytinqdə ikinci yeri tutan Tolkien tərzində çəkilmiş məşhur trilogiyaların yaradıcısı Peter Jackson liderdən 3 milyard dollardan çox geridə qalır.

Tarixdə ən gəlirli iki filmin – «Titanik» və «Avatar»ın yaradıcısı James Cameron 6.14 milyard dollarla dördüncü yeri tutur. Üçüncü yerdə isə «Armageddon», «Perl-Harbor», «Transformerlər» kimi filmlərin müəllifi Michael Bay qərarlaşıb. Onun filmlərinin gəlirinin ümumi həcmi 6.45 milyard dollardır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG